Mojo.az Banner
23:02 Rusiya Azərbaycan vətəndaşını cərimələyərək, 16 gündür gömrükdə saxlayır - Video  |     22:57 "Türkiyədə Azərbaycan kanallarını ələ salırlar" - Video  |     22:51 Axşam saatlarında Xankəndidən MARAQLI GÖRÜNTÜLƏR - Video  |     22:43 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqladı  |     22:40 Hökumənin ailəsinin 80 minini ələ keçirənə bu cəza verildi  |     22:37 Azərbaycanda toylardan bu tip videolar paylaşmaq qadağan edilir  |     22:34 Marketdən araq, kolbasa oğurladı - “Yeyib-içmək istəyirdim” dedi  |     22:30 Prokuror qadını daşla öldürən şəxsə 19 il cəza istədi - FOTO  |     22:18 Epşteynin təyyarəsində dəhşətli sirrlər saxlanılır  |     22:12 Səma 80 dəqiqə qırmızıya boyanacaq: Günlər qaldı  |     22:04 Xalq artistində ağır xəstəlik tapıldı  |     21:52 Bakının bu ərazisində qaz olmayacaq  |     21:45 Qızlara söz atan məktəblini döydü, həbs olundu  |     21:37 Azərbaycanda iş saatları AZALDILIR?  |     21:30 Meteohəssas insanların nəzərinə  |     21:22 Şəmkirdə ağır QƏZA: Xəsarət alanların son vəziyyətləri məlum oldu  |     21:15 Gəncədə çərşənbə tonqalında bədbəxt hadisə - Gənc yanıq xəsarətləri aldı  |     21:09 Zelenski 4 ildir yaşadığı bunkeri göstərdi - VİDEO  |     21:02 Ramazanda xurma istehlakının faydaları nələrdir?  |     20:57 Rusiyadan azərbaycanlı iş adamı ilə bağlı qərar  |    
Left Banner
Right Banner

“Binə” və “Sədərək”də əsassız ödənişlər ləğv olunsun, icarə haqqı azaldılsın” – Nazirliyə TƏKLİF

16.01.2018 15:24 2 256
“Binə” və “Sədərək”də əsassız ödənişlər ləğv olunsun, icarə haqqı azaldılsın” – Nazirliyə TƏKLİF
Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.

Gələn məlumatlarda yeni nazirin sahibkarlara “yaşıl işıq” yandıracağı əminliklə vurğulanır. Həm də ona görə ki, bu barədə prezident İlham Əliyev dəfələrlə “sahibkarlara normal fəaliyyət göstərmələri üçün şərait yaradılmalı, bürokratik əngəllər aradan qaldırılmalıdır” göstərişlərini verib.

Median.Az xəbər verir ki, Modern.az-a daxil olan məlumata görə, hətta bu tədbirlər çərçivəsində illərdir “Binə” və “Sədərək” ticarət mərkəzlərində yaşanan kassa aparatları probleminə də nöqtə qoyulacaq.

Qeyd edək ki, Vergilər Nazirliyi “Binə” və “Sədərək” ticarət yarmarkalarındakı ticarət sahələrinin kassa aparatları ilə təmin edilməsi üçün həmin mərkəzlərin rəhbərləri ilə hələ 2012-ci ildən iş aparır. Həmin ildə sahibkarlar və Vergilər Nazirliyi rəsmilərinin iştirakı ilə müşavirə keçirilib və onlara uçotun başa çatdırılması üçün daha bir il müddət verilib. Yəni 2013-cü ilin sonunadək “Binə” və “Sədərək”dəki sahibkarlar qeydiyyata alınmalı, mağazalarda kassa aparatları quraşdırılmalı, əmək müqavilələri bağlanmalı və 2013-cü ildən etibarən vergi qanunvericiliyinə əməl edilməli, vergilər dövlət büdcəsinə ödənilməli idi.

Lakin problem bugünədək həllini tapmayıb. Məsələ burasındadır ki, “Binə” və “Sədərək” yarmarkalarında ticarətlə məşğul olan sahibkarlar vergi ödəyirdilər, amma dövlətə deyil, bu obyektlərin sahiblərinə. Ticarət obyektlərində yerləri sahibkarlara icarəyə verən “Binə” və “Sədərək”in rəhbərləri isə onlardan topladıqları böyük pulların müqabilində dövlətə daha az vəsait ödəyirdilər.
Qanunvericiliyə görə isə sahibkar icarə haqqı ilə yanaşı, kassa aparatına çek vurmalı və gəlirlərindən vergini özü dövlətə ödəməlidir.

2015-ci iin 21 fevral və 21 dekabr devalvasiyalarından sonra ölkədə baş verən sürətli bahalaşma “Binə” və “Sədərk” ticarət mərkəzlərinin fəaliyyətinə də ciddi ziyan vurdu. Xaricdən valyuta ilə alınan malların qiyməti avtomatik olaraq bahalaşdı. Alıcılıq qabiliyyətinin aşağı düşməsi, üstəgəl dövlət və qanunla müəyyən olunmayan əsassız vergilər sahibkarları çıxılmaz vəziyyətdə qoydu.

Məlumatlara görə, “Binə” və “Sədərk” ticarət mərkəzlərindəki obyektlərdə indiyədək 8000 ədəd kassa aparatı quraşdırılıb. Vergilər Nazirliyinin “Binə” və “Sədərək”lə əlaqədar başlatdığı bu iş sözügedən obyektlərin rəhbərlərinin qeyri-qanuni əməllərinə zərbə, orada ticarətlə məşğul olan orta və xırda sahibkarlara isə dəstək olacaq. Belə ki, icarəyə verilmiş mağazaları işlədənlərin bundan sonra gəlirlərdən vergiləri artıq “Binə” və “Sədərək”in rəhbərlərinə deyil, birbaşa dövlətə ödəyəcəyi bildirilir. Bu ödənişlərin həm də əvvəlkindən daha az olacağı qeyd edilir.

““Binə” və “Sədərk”də ticarət dövriyyəsi müəyyənləşdirilməlidir”

Tanınmış iqtisadçı Vüqar Bayramov Modern.az-a deyib ki, ”Binə” və “Sədərək” ticarət mərkəzlərində dövriyyənin müəyyənləşdirilməsi və vergiyə cəlb edilməsi üçün kassa aparatlarının yerləşdirilməsi vacibdir:

“Eyni zamanda, ticarət mərkəzlərindəki bəzi mağazalarda quraşdırılan kassa aparatlarının işləkliyi təmin olunmalıdır. Kassa aparatlarının işə salınması ilə yanaşı, “Binə” və “Sədərək”də xərclərin azaldılmasına ehtiyac var. Hazırda bu ticarət mərkəzində fəaliyyət göstərən sahibkarların xərcləri həddindən yüksəkdir. Daxili, həm də əsassız ödənişlərinin çox olduğu bir vaxtda, onların həm də vergiyə cəlb edilməsi xərcləri daha da artıracaq”.

“Sahibkarların daxili xərcləri azaldılmalıdır”

Ekspert deyib ki, ticarət mərkəzlərindəki problemə kompleks yanaşılmalıdır:

“Hər bir sahibkar əldə etdiyi gəlir və dövriyyədən qanunvericiliyə uyğun olaraq, vergi ödəməlidir. İri ticarət mərkəzlərinin özündə də şəffaflığın təminatı olduqca vacibdir ki, həmin sahibkarların xərcləri artmasın. “Binə” və “Sədərək” ticarət mərkəzlərindəki mağazalarda sahibkarların xərclərinin azaldılması istiqamətində də danışıqlar aparılmalıdır. Onların normal fəaliyyətinin təminatı üçün əlavə və əsassız ödənişlər ləğv olunmalı, icarə haqqı azaldılmalıdır. Çünki sahibkarların həm daxili və əsassız ödənişlər ödəməsi, həm də vergiyə cəlbi onları çökdürə bilər. Nəzərə almaq lazımdır ki, xüsusilə 2015-ci ildə manatın məzənnəsinin kəskin ucuzlaşması sahibkarların işini çətinləşdirib”.

Çıxış yolu…

V.Bayramovun sözlərinə görə, ümumilikdə sahibkarların vergiyə cəlb olunması, avtomatik olaraq, onları daxili ödənişlərdən azad etmir:

“Daxili ödənişləri azalacağı təqdirdə, sahibkarlar leqal şəkildə vergi ödənişlərinin icrasında daha çox maraqlı olacaqlar”.скачать dle 11.3
Mojo.az Banner