Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb | 19:59 Sabirabadda iki VAZ toqquşdu: Xəsarət alanlar var | 19:13 Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR | 19:08 Günəşdə partlayışların sayı kəskin artıb | 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 18:41 DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq (Video) | 18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb | 18:15 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz" | 17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı |
Mojo.az Avto
Mojo.az Avto

"Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu

09.10.2026 21:05 378
Sosial şəbəkədə canlı yayım zamanı qadını və ailə üzvlərini təhqir edən şəxs inzibati qaydada həbs edilib.

Qaynarinfo xəbər verir ki, 1993-cü il təvəllüdlü, Zərdab rayonunda anadan olmuş Tural Təlibli “Bigo Live” platformasında canlı yayımlar zamanı Lyudmilanın, onun valideynlərinin və övladlarının ünvanına nalayiq ifadələr işlədib.

Məhkəmədə Tural Təlibli əməlini etiraf edib. O, qadınla aralarında yaranmış şəxsi narazılıq səbəbindən bu hərəkətlərə yol verdiyini bildirib və peşman olduğunu deyib.

Lyudmila isə məhkəmədə verdiyi ifadədə təhqirlərin təxminən bir il ərzində davam etdiyini və bu vəziyyətin ona mənəvi sarsıntı yaşatdığını bildirib.

Məhkəmə Tural Təliblini İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilərək 15 gün müddətinə inzibati həbsə məhkum edib.

Son xəbərlər