Mojo.az Banner
12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |     11:40 Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı  |     11:36 İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi  |     11:28 Sumqayıtda faciə: kişi binadan yıxılıb öldü  |     11:22 Qızıl və gümüş bahalaşdı  |     11:18 Bakıda və Abşeronda hava iki gün tozlu olacaq  |     11:14 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib  |     11:10 Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü  |     23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda bir evdə iki dəhşətli hadisə: Türkiyədən gələn qardaş bacısına 19 bıçaq zərbəsi endirdi

09.10.2026 11:10 192
Naxçıvanda bir evdə iki dəhşətli hadisə: Türkiyədən gələn qardaş bacısına 19 bıçaq zərbəsi endirdi
Naxçıvanda qardaş doğma bacısını öldürməyə cəhd edib.

Hadisə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində baş verib.

Kənd sakini, 1999-cu il təvəllüdlü Anar Əliyev Türkiyənin Iğdır şəhərində təhsil alırmış. O, eşidib ki, iki uşaqla boşanıb babasının evinə gələn bacısı həmin evdə başqa oğlanla görüşərkən babası Vaqif Əliyev onları yaxalayıb, oğlana 20-dən çox bıçaq zərbəsi endirsə də, hər iki bıçaq sındığından oğlan ölməyib.

O, babasının bu hadisəyə görə həbs edildiyini eşidəndən sonra Naxçıvana qayıtmaq və bacısını öldürmək qərarına gəlib. A.Əliyev bu barədə atası ilə danışıb və bacısını öldürüb namusunu təmizləyəcəyini bildirib. Valideynləri onu bu yoldan çəkindirməyə çalışsalar da, Anar onların sözünü dinləməyib. Anar valideynlərindən xəbərsiz Naxçıvana gələrək oradan Çormaxtur kəndinə - bacısının yaşadığı evə gəlib. O, evə daxil olarkən bacısının mətbəxdə qab yuduğunu görüb. Bu zaman Anar mətbəxdən bıçağı götürüb və bacısına hücum edib. İlk zərbəni bacısının ürəyindən olmaqla bədəninin müxtəlif hissələrindən və boyun nahiyəsindən doqquz bıçaq zərbəsi vurub. Zərbələrin təsirindən bıçaq əyilib. Anar bununla sakitləşməyib və mətbəxdən daha bir bıçaq götürərək bacısına daha 10 zərbə vurub. O, bacısına ümumilikdə 19 bıçaq zərbəsi vurandan sonra əlindəki bıçaq da sınıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə A.Əliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmədə zərərçəkmiş hadisədə özünü günahkar hesab edib və qardaşından şikayətçi olmadığını deyib. Məhkəmə zərərçəkmiş tərəfin şikayətçi olmadığını nəzərə alaraq A.Əliyevin 3 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Xatırladaq ki, bir müddət əvvəl eyni evdə V.Əliyevin babası Vaqif Əliyev gecə saatlarında həyətinə yad şəxsin gəldiyini görüb. V.Əliyev həmin şəxsin pəncərədən nəvəsinin yataq otağına daxil olduğunu görüb, həmin otağa gedərək oğlanı çarpayının altında aşkarlayıb. V.Əliyev həmin şəxsə 20-dən artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirmək istəyib. Ailə üzvlərinin müdaxiləsi nəticəsində oğlan xəstəxanaya çatdırılıb və sağ qalıb.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner