Mojo.az Banner
19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |     17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |     17:20 Azərbaycan millisinə məğlubiyyətdən sonra istefa verdi  |     16:50 Korrupsiyaya dair məlumat verənlər dövlət tərəfindən qorunacaq və kompensasiya alacaqlar  |     16:49 İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu  |     16:48 Korrupsiyanı ifşa edənlər üçün mühüm yenilik: Rəhbər hara şikayət olunacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar (VİDEO)

03.10.2026 20:31 183
6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar (VİDEO)
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında inşa edilən, “İnşaat Konstruksiyaları” MMC-yə məxsus binadan 6 il əvvəl mənzil alan Elbrus Kərimov hələ də evinə köçə bilmir.

Median.Az
“ATV Xəbər”ə istinadən xəbər verir ki, Elbrus Kərimov 2020-ci ildə elan saytlarından birində sözügedən binada 36 min manata mənzil satıldığını görüb. O, bağ evini 40 min manata sataraq həmin mənzili alıb. Lakin sonradan bununla bağlı problemlərlə üzləşib.

Kərimovun sözlərinə görə, müqavilə əsasında aldığı mənzilin 57 kvadratmetr sahəsi olub və ona ödənişlə bağlı arayış da təqdim edilib: “11-ci mərtəbədə 57 kvadratmetrlik mənzil aldıq. Bir neçə aydan sonra məlum oldu ki, bu binada problemlər var. Eşitdik ki, bir mənzil bir neçə nəfərə satılıb. Daha sonra bizə başqa blokda, 15-ci mərtəbədə mənzil təklif etdilər. Həmin mənzili təmir etməyə başladıq. Təmir üçün bizə arayış da verdilər. Sonradan xəbər gəldi ki, guya mənzil səhvən verilib və bizim ev bir mərtəbə aşağıdadır. Ora da təxminən 6-7 min manat xərc çəkdik”.

Ailə tikinti şirkəti ilə razılaşaraq yeni mənzilə köçməyə qərar verib. Lakin bu dəfə onlara nə mənzilə dair sənəd verilib, nə də müqavilə imzalanıb.

Elbrus Kərimov bildirir ki, bir müddət sonra şirkət əməkdaşları vasitəsilə mənzilin əvvəl ucuz qiymətə satıldığı və əlavə ödəniş tələb olunduğu barədə məlumat alıblar: “Yeddi ildən sonra dedilər ki, guya evi sizə ucuz satmışıq və indi əlavə pul ödəməlisiniz. Təxminən 15 gün əvvəl evə getmək istəyəndə gördük ki, bizim qapı sökülüb, kəsilib, yoxdur. Yerinə başqa qapı qoyulub və mənzildə təmir gedir”.

Bundan sonra Kərimov həmin mənzilin qarşısına gedib. O, qapını döyərək içəridə olan şəxslərdən qapını açmalarını istəyib, lakin mənzili açan olmayıb.

Bəs belə olduğu halda tikinti şirkətini hansı cəza gözləyir?

Məsələ ilə bağlı hüquqşünas Cavid Cəfərov bildirib ki, vətəndaşın pulunun alınması və mənzil müqaviləsinin təqdim edilməsi yolu ilə onun aldadılması, eləcə də etibarından sui-istifadə edilərək əmlakının ələ keçirilməsi dələduzluq əlamətləri yarada bilər. Onun sözlərinə görə, zərərçəkmiş şəxs tikinti şirkətinin rəhbərliyinə qarşı məhkəmə qaydasında da tələb irəli sürə bilər.

“İnşaat Konstruksiyaları” MMC isə zənglərə cavab verməyib.скачать dle 11.3
Mojo.az Banner