Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Ayxan Abbasov: "Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır"

26.09.2026 19:21 168
Ayxan Abbasov:
UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov oyundan əvvəl fikirlərini bölüşüb.

48 yaşlı mütəxəssis "Dariaus ir Gireno" stadionunda keçirilən mətbuat konfransında sabahkı görüş barədə danışıb:

"Sabah Millətlər Liqasında ilk oyunumuza çıxacağıq. Rəqibimiz artıq ilk oyununu keçirib və Lixtenşteyni məğlub edib. Rəqibin son 4 oyununa nəzər salsaq, görərik ki, daha çox ənənəvi heyətlə mübarizə aparırlar. Bir çox futbolçuları Avropa klublarında çıxış edir. Son zamanlar yaxşı mənada inkişaf etdiklərini də müşahidə edirik.

Biz də yoldaşlıq oyunu keçirdik və həmin oyundan fərqli olaraq, sabah futbolçularımızın daha yüksək templə oynamasını istəyirik. Rəqibin ilk dəqiqələrdən meydanda təzyiq göstərəcəyini bilirik. Komanda ümumilikdə oyuna hazırdır.

Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır. Bilirik ki, Litva ilə şanslarımız bərabərdir. Onlar da bunun üçün mübarizə aparacaqlar. Qrupda üç komanda var və hər xal, hər vurulan və buraxılan qol vacib olacaq. Biz də buna hazır olmalıyıq".скачать dle 11.3
Mojo.az Banner