Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb |
Mojo.az Avto
Mojo.az Avto

"Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi

11.09.2026 20:57 408
"Mançester Yunayted" futbol klubu İngiltərə Premyer Liqasında "Mançester Siti" ilə derbiöncəsi biletlərin qanunsuz satışına qarşı keçirilmiş genişmiqyaslı kampaniyanın nəticələrini açıqlayıb.

Median.Az
klubun saytına istinadən xəbər verir ki, klub 685 mövsümi abonementi ləğv edib, daha 464 azarkeşə isə yumşaldılmış cəza və ya son xəbərdarlıq verib. Araşdırma zamanı "qeyri-adi aktivlik" müşahidə olunan 1 617 hesab müəyyən edilib.

"Bloklamalar bilet satış sistemindən mənfəəti əldə etmək məqsədilə əhəmiyyətli dərəcədə sui-istifadə edilən hallarda tətbiq olunub. Buraya yüzlərlə hesab üzərindən biletlərə nəzarət edən, onları satan və paylayan mütəşəkkil bilet şəbəkələrinin fəaliyyəti də daxildir. Bu cür hərəkətlər biletlərin həqiqi azarkeşlər arasında ədalətli bölüşdürülməsinə mane olur və "Mançester Yunayted" üçün yolverilməzdir", - deyə klubun bəyanatında bildirilir.

Ləğv edilmiş bütün abonementlər gözləmə siyahısında olan azarkeşlərə təklif ediləcək.

Abonementlərindən məhrum edilənlərdən 113 nəfər klubun sorğularına cavab verməyib, 73 nəfər apellyasiya şikayəti verməyib, 499 nəfərlə bağlı qərar isə müstəqil apellyasiya şurası tərəfindən qüvvədə saxlanılıb.

Ötən ay "Manşester Yunayted" rəhbərliyi bildirib ki, müstəqil şirkət klubun bilet satış platformasında mart-iyun aylarında aparılan fəaliyyəti araşdırdıqdan sonra "mütəşəkkil sövdələşmə" aşkar edib.

Sərt tədbirlər azarkeşlər tərəfindən kəskin tənqidlə qarşılanıb. "The 1958" azarkeş qrupu bazar günü "Mançester Siti" ilə keçiriləcək derbi ərəfəsində "mövsümi abonement sahiblərinin uzaqlaşdırılması fiaskosu"na etiraz olaraq azarkeşləri birləşməyə çağırıb.
//oxu.az

Son xəbərlər