Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu

11.09.2026 14:19 327
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən və terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən Eldar Cəlilov və Samir Şeydayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Eldar Cəlilov və Samir Şeydayev 10 il müddətinə azadlıqdan məhrum edilib və cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Qeyd edək ki, DTX tərəfindən saxlanılan Eldar Cəlilov və Samir Şeydayev AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham olunurlar. İttihama əsasən, Eldar Cəlilov və Samir Şeydayevin 2021-ci ildən etibarən müxtəlif vaxtlarda xarici ölkələrdəki üçüncü şəxslərin adına sürətli pulköçürmə sistemləri vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitləri köçürdükləri və həmin vəsaitlərin silah və digər terror məqsədli vasitələrin əldə olunması üçün terror təşkilatı İraq-Şam İslam Dövlətinə (İŞİD) çatdırılmasına yönəldildiyi müəyyən edilib.

Son xəbərlər