Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda Dövlət Xidmətinin sabiq rəisinə hökm oxunub

24.06.2025 21:10 702
Naxçıvanda Dövlət Xidmətinin sabiq rəisinə hökm oxunub
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi polkovnik Mirzə Cəlilovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrlik etdiyi prosesdə çıxışlar olub.

Məhkəmə baxışı zamanı Mirzə Cəlilovun özü-özünə polkovnik rütbəsi verməsi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunduğu da müəyyən edilib.

Dövlət ittihamçısı çıxışında Mirzə Cəlilovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsirli bilinməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Təqsirləndirilən şəxsin vəkili Vüsal Həsənov müttəhimin həmin dövrdəki vəziyyətinin nəzərə alınmasını, cəzanın yüngülləşdirilməsini, Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən təqsirləndirilən şəxsə şərti cəza verilməsini məhkəmədən xahiş edib.

Mirzə Cəlilov məhkəmədə son söz deyib. O, sadəcə verilən tapşırıqları icra etdiyini, buna görə də özünü qismən günahkar hesab etdiyini və ona şərti cəzanın verilməsini məhkəmədən xahiş edib.

Məhkəmə qərar vermək üçün müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Mirzə Cəlilov 10 il müddətinə azadlıqdan məhrum olunub.

O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, DTX-nin həbs etdiyi Mirzə Cəlilov Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə təqsirləndirilir.скачать dle 11.3

Son xəbərlər