Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Həbsdə olan polkovnik haqqında yeni qərar

06.06.2024 14:40 900
Həbsdə olan polkovnik haqqında yeni qərar
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (NMR SHXÇDX) sabiq rəisi polkovnik Mirzə Cəlilovun həbsdə saxlama müddəti uzadılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, polkovnik Cəlilovun həbs müddəti 3 ay 15 gün uzadılıb.

Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə NMR SHXÇDX-nin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.

Son xəbərlər