Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstan "Avroviziya" mahnı müsabiqəsində iştirak edə bilməyəcək - SƏBƏB

11.09.2026 12:27 624
Qazaxıstan
Avropa Yayım İttifaqı (EBU) Qazaxıstanın "Xabar" mediaholdinqinə "Avroviziya" mahnı müsabiqəsində iştirak etməyə icazə verməyib.

Bu barədə məlumatı "Politico" nəşri yayıb.

EBU rədd cavabını dövlət telekanalının quruma tamhüquqlu üzv olmaq üçün tələb olunan meyarlara uyğun gəlməməsi ilə izah edib. Bu halda əsas səbəb coğrafidir - Qazaxıstan Avropa yayım zonasından kənarda yerləşir, həmçinin Avropa Şurasına daxil deyil və orada müşahidəçi statusuna sahib deyil.

"Məhz bu səbəbdən "Xabar" agentliyinin hazırda tamhüquqlu üzvlük əldə etmək hüququ yoxdur", - deyə ittifaqdan bildirilib.

Vurğulanır ki, EBU nizamnaməsinin yumşaldılmasına və bəzi qeyri-Avropa ölkələrindən olan yayımçıların ittifaqa daxil olmasına icazə verilməsinə baxmayaraq, Qazaxıstana imtina cavabı verilib. Məsələn, Avropa Şurasında müşahidəçi statusuna malik olan Kanada artıq gələn il mahnı müsabiqəsində debüt edəcək. Qazaxıstan isə 2018-2022-ci illər ərzində beş dəfə "Uşaq Avroviziyası"nda təmsil olunub.

Son xəbərlər