Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Bu universitetlər birləşdirilə bilər

07.09.2026 12:13 489
Bu universitetlər birləşdirilə bilər
Azərbaycanda ali təhsil müəssisələrinin birləşdirilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Sosial şəbəkələrdə bu istiqamətdə yayılan məlumatlar universitetlərin gələcək fəaliyyəti ilə bağlı müzakirələri də gündəmə gətirib. Bəs yaxın müddətdə ölkədə universitetlərin birləşdirilməsi gözlənilirmi?

Məsələ ilə bağlı Median.Az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, hazırkı vəziyyətdə belə bir prosesin qısa müddətdə baş verəcəyini düşünmür:

“Xüsusilə sosial şəbəkələrdə bu mövzuda müxtəlif məlumatlar oxunsa da, universitetlərin birləşdirilməsi ilə bağlı yaxın vaxtlarda konkret bir addım atılacağını şəxsən gözləmirəm. Təbii ki, bu, mənim subyektiv fikrim və şəxsi yanaşmamdır. Bunun əsas səbəblərindən biri ölkədə ali təhsilə tələbatın ildən-ilə artmasıdır. Qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin sayı yüksəlir, eyni zamanda universitetlər üzrə dövlət sifarişi əsasında ayrılan plan yerlərinin də artırılması istiqamətində addımlar atılır. Birincisi, ölkədə tələbə sayı ildən-ilə artır. Qəbul imtahanlarına qeydiyyatdan keçən abituriyentlərin sayı hər il yüksəlir”.

O qeyd edib ki, universitetlərə olan tələbat və ali təhsil müəssisələrində dövlət sifarişli plan yerlərinin sayı da ildən-ilə artır:
“Hətta bu il həmin plan yerlərinin daha da artırılması gözlənilir. Bununla yanaşı, əlavə universitetlərin yaradılması istiqamətində də işlər aparılır. Bu ali təhsil müəssisələri ya filial formasında, ya xarici universitetlərlə ikili diplom proqramları çərçivəsində, ya da birbaşa xarici universitetlərin filialları kimi fəaliyyət göstərir. Türkiyə, İtaliya və digər ölkələrlə birgə yaradılan universitetlərin sayının artacağı da gözlənilir. Ali təhsil sistemində bu cür genişlənmənin müşahidə olunduğu bir vaxtda universitetlərin kütləvi şəkildə birləşdirilməsi real görünmür”.

Aysel

Son xəbərlər