Mojo.az — elanlar
RU
Son Xəbərlər
11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yataqxana binasında ali təhsil müəssisəsi

28.12.2019 21:18 2 228
Bakıda yataqxana binasında ali təhsil müəssisəsi
Müasir dünyanın inkişaf etməsində universitetlərin rolunun daha çox olduğunu desək yanılmarıq. Bəzən elə universitetlər olur ki, müasir standartlara bir o qədər də cavab vermir. Hazırda Azərbaycanda da bu tipli universitetlər və akademiyalar fəaliyyət göstərməkdədir.

Haqqında söz açacağımız ali təhsil müəssisəsi Bakının Binəqədi rayonu, Azadlıq prospekti 181 ünvanında yerləşən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasıdır. Sözügedən akademiyanın aşağı mərtəbələrində tələbələrə müxtəlif ixtisaslar üzrə fənlər tədris olunur. Yuxarı mərtəbələr isə, yaşayış binası kimi fəaliyyət göstərir. Bəs görəsən ali təhsil müəssisəsinin bu cür şəraitdə fəaliyyət göstərməsi standartlara nə dərəcədə uyğundur?

Məsələ ilə bağlı təhsil eksperti Etibar Əliyev modern.az-a bunları söyləyib:

"Bu akademiyanın adı heç bir yerdə çəkilmir. Hesab edirəm ki, akademiyanın adının özündə bir absurdluq var. Bura tələbələr ən aşağı balla qəbul olurlar. Hətta burada təkrar ixtisaslar mövcuddur. Digər tərəfdən, akademiyanın maddi-texniki bazası olduqca zəifdir. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ölkə üçün elə də önəmli hesab olunmur. Bu cür akademiya, bağlanan özəl universitelər səviyyəsində mütəxəssislər hazırlayır. Mən şəxsən belə universitetlərin fəaliyyətini müsbət qiymətləndirmirəm. Biz hər bir universiteləri təhlil etdiyimiz zaman, ilk öncə onun uğurlarına da diqqət edirik. Nəticədə məlum oldu ki, bu akademiyanın heç bir uğuru yoxdur. Düşünürəm ki, vahid idarəçilik sisteminin bərqərar olunması üçün, universitetlərin hər biri Təhsil Nazirliyinə tabe olsa, daha məqsədəuyğun olar”.

Modern.az-ın əməkdaşı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə əlaqə saxlayıb. Akademiyadan verilən məlumata görə, binanın yuxarı mərtəbələri tələbə yataqxanasıdır. Ancaq burada məcburi köçkünlər məskunlaşıb.

Son xəbərlər