Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda hansı universitetlərin yataqxanaları var? - SİYAHI

10.09.2018 16:48 8 511
Bakıda hansı universitetlərin yataqxanaları var? - SİYAHI
Gələn həftə Azərbaycanın ali təhsil müəssisələrində yeni tədris ili başlayır.

Median.Az
report-a istinadən paytaxtda yerləşən əsas ali təhsil müəssisələrinin yataqxanalarının siyahısını təqdim edir:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) bildirilib ki, vaxtilə universitetin 7 binadan ibarət yataqxana kompleksi olub. Onlardan 6-sı sökülərək müasir standartlara cavab verən 1000 nəfərlik yeni yataqxana binası inşa olunur. Eyni zamanda, qeyd olunub ki, yerdə qalan bir binada təmir işləri aparılaraq tələbələrin istismarına verilib. 320 nəfərlik bu binada bir otaqda 3 nəfər qala bilər. Yataqxanada əsasən, əcnəbi tələbələr qalır və onlar buna görə ödəniş edirlər.

"Yataqxanada qalmaq istəyən azərbaycanlı tələbələr ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə müraciət edirlər və onların pulsuz olaraq yataqxanada qalması təmin olunur", - ADNSU-dan bildirilib.

Azərbaycan Texniki Universiteti (AzTU) 5 korpuslu yataqxanasından yalnız birini tələbələrin ixtiyarına verib (digər yataqxanalarda məcburi köçkünlər məskunlaşıb). Təxminən, 80 nəfərin qala biləcəyi yataqxananın bir otağında 4 tələbə yaşaya bilər. Burada yalnız oğlan tələbələr qalır. Yataqxana ödənişsizdir. Universitet yataqxananın xərclərini özü ödəyir.

Azərbaycan Tibb Universitetinin (ATU) 6 yataqxanası var: “Onlardan birində məcburi köçkünlər məskunlaşıb. Digərlərinin isə ümumi tələbə tutumu 1256 nəfərdir. Son dörd ildir ATU-nun yataqxanası ödənişlidir. Hazırda ödəniş haqqı aylıq 50 manatdır. Yataqxana təmirdən təzə çıxdığından şəraiti yaxşıdır. Oğlan və qızların qaldıqları binalar ayrıdır. Hər iki cinsdən olan əcnəbi tələbələr isə mərtəbələri ayrı olmaqla eyni yataqxanada qalırlar. Yataqxana üçün qəbul iyulun 10-dan başlayıb. Otaqlar 1 və 4 nəfərlik olmaqla ayrılır. Onu da qeyd edək ki, hazırda 3 saylı qızlar yataqxanası əsaslı təmirə dayandırılıb”.

Azərbaycan Dillər Univeristetindən (ADU) "Report"a bildirilib ki, ali təhsil müəssisəsinin oğlan və qızlar üçün ayrıca iki yataqxanası var. Lakin qızlar üçün olan yataqxananın yalnız iki bloku tələbə qızların ixtiyarına verilib və tam təmirlidir. Burada 200 tələbənin qalması üçün bütün imkanlar var. Yataqxanada qalan tələbələr üçün aylıq ödəniş 20 manatdır”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 5 yataqxanasından dördündə məcburi köçkünlər məskunlaşıb. Yalnız 2 nömrəli tədris binasında fəaliyyət göstərən yataqxanada, təxminən, 200-ə qədər tələbə yerlə təmin edilə bilər.

Bakı Slavyan Universitetinin (BSU) isə 3 saylı qızlar yataqxanası tələbələrin ixtiyarındadır. Yataqxananın 2-4-cü mərtəbələri tamamilə tələbələrə məxsusdur. Birinci mərtəbədə məcburi köçkünlər məskunlaşıb.

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri isə yeni tədris ilində yeni inşa olunan kampusun 400 çarpayılıq Tələbə evində qalacaqlar.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Sumqayıt Dövlət Universiteti (SDU), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) də anoliji vəziyyət yaşanır. Bu təhsil ocaqlarının yataqxanalarında məcburi köçkünlər məskunlaşıb. Bu səbəbdən heç bir tələbəsini yataqxanada yerləşdirə bilmir.скачать dle 11.3

Son xəbərlər