Mojo.az Banner
23:03 Bu qurumlar ləğv olunur  |     22:55 İran XİN ABŞ ilə danışıqlar barədə məlumatları şərh edib  |     22:49 Putin azərbaycanlı alimi təltif etdi  |     22:41 Pensiya ilə bağlı vacib açıqlama: İş stajı 25 ilə çatmayan şəxslər...  |     22:35 Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO  |     22:29 Tramp: "Hörmüz boğazına İranla birgə nəzarət edəcəyik"  |     22:22 Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq  |     22:15 Tramp: İran razılaşmaya hazırdır, Tehran kompromisə getmək niyyətindədir  |     22:08 Bakıda tıxac problemini azaltmaq üçün yeni yollar tikiləcək - VİDEO  |     22:00 Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olunub  |     21:54 Braziliyanın XİN başçısı vətəndaşlarının İrandan təxliyəsinə yardımına görə Azərbaycana təşəkkür edib  |     21:48 "Tamaşaçılar bizim zövqümüzü korlayır"  |     21:40 SEPAH-ın Tehrandakı əsas qərargahı vuruldu  |     21:34 Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO  |     21:21 Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər bölgəsində təhlükəsizliyi müzakirə edib  |     21:10 KİV: Kolumbiyada göyərtəsində 100-dən çox hərbçinin olduğu təyyarə qəzaya uğrayıb  |     21:02 Şəmkirdə borc üstündə dava: Ana və oğlu döyüldü  |     20:58 "Tasnim": İran qarşıdakı günlərdə müharibə ilə bağlı yeni “sürprizlər” planlaşdırıb  |     20:40 Dollar Yaxın Şərqdə gərginliyin yeni dalğası fonunda yüksəlir  |     20:30 Avropadakı vulkan hər an oyana bilər - Alimlər fəlakət barədə xəbərdarlıq edir  |    
Left Banner
Right Banner

Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?

23.03.2026 17:49 267
Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?
Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur. Sənəddə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imkan verən müasir ali təhsil ocağının yaradılması təklif edilir. Bildirilir ki, Ələt qəsəbəsi nəqliyyat qovşaqlarında yerləşən məkan olduğuna görə həmin bazada böyük bir təhsil müəssisəsinin açılması faydalı ola bilər.

Vurğulanır ki, Bakı şəhəri və ətraf ərazilərdə kifayət qədər ali təhsil müəssisələrinin fəaliyyət göstərməsi bəzi hallarda şəhərin nəqliyyat, kommunal və digər infrastruktur sahələrinin həddindən artıq yüklənməsinə səbəb olur. Bu baxımdan, Bakı şəhəri və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində yeni universitetlərin yaradılması məqsədəuyğun hesab olunmur. Həmçinin bir sıra ali təhsil müəssisələrinin paytaxtdan kənarda yerləşməsi müzakirə mövzusudur.

Görəsən, universitetlərin paytaxtdan kənara köçürülməsi təhsilin keyfiyyətinə nə dərəcədə təsir edəcək?

Həmçinin tələbələr paytaxtdan kənarda asudə vaxtlarını səmərəli keçirə biləcəklərmi?

Məsələ ilə bağlı Oxu.Az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd edib ki, köçürülmə olarsa, təhsilin keyfiyyəti artar.

O xatırladıb ki, "Bakı Şəhərinin Baş Planı 2040"da bəzi universitetlərin şəhərdən kənara köçürülməsi ilə bağlı məsələ əksini tapıb:

"Burada əsas məqsəd paytaxtda sıxlığı azaltmaq, yollardakı tıxacın qarşısını almaqdır. İlk növbədə, universitetlərin köçürüləcəyi ərazi tələbə şəhərciyinə çevrilməlidir. Ola bilər ki, hansısa universitetlər kampus şəklində yenidən təşkil olunsun. Orada tələbələr üçün yataqxana, əyləncə mərkəzləri, kitabxana və s. məntəqələr olmalıdır. Həmçinin tələbələrin təcrübə keçməsi, iş imkanları baxımından da müvafiq infrastruktur qurulmalıdır. Təbii ki, köçürülmə doğru baş tutarsa, təhsilverənlərin və tələbələrin akademik göstəriciləri, eyni zamanda, təhsilin keyfiyyəti artacaq".

E.Əfəndi bildirib ki, bir neçə universitet mərkəzləşdirilə bilər:

"Belə olan halda tələbələr kənar şəxslərlə qarşılaşmayacaqlar. Ümumi əlaqələr elə qurulacaq ki, tələbə ancaq tələbəni görəcək. Sosial mühit onların akademik göstəricilərinin yaxşılaşmasına səbəb olacaq. Təhsilalan yalnız bir istiqamət üzrə fokuslanacaq. Onlar eyni vaxtda kitabxanaya, idman zalına və s. yerlərə gedə biləcəklər. Harvard, Oksford kimi universitetlərdə göstəricilər ona görə yüksəkdir ki, tələbələr akademik mühitin içindədirlər. Eyni vəziyyəti burada da görə bilərik. Bu, birmənalı olaraq təhsilin keyfiyyətinin artmasına kömək edəcək. Düşünürəm ki, tələbə kontingenti çox olan və mərkəzdə yerləşən universitetlər kənara köçürüləcək".скачать dle 11.3
Mojo.az Banner