Mojo.az Banner
22:57 Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb  |     22:50 Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb  |     22:42 Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO  |     22:36 "Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)  |     22:30 Elnarə Təhməzova tələbə oldu  |     22:23 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı  |     22:15 Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"  |     22:07 Sabah çimərliyə gedənlərə xəbərdarlıq  |     21:59 Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü (FOTO)  |     21:53 Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib  |     21:46 Makaron yeyənlərə XƏBƏRDARLIQ: ZƏHƏRLİ İMİŞ...  |     21:40 “WhatsApp”dan sevindirici YENİLİK: BUNDAN SONRA...  |     21:31 Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO  |     21:18 Bakının bu küçələri bağlanır  |     21:10 Hövsanda yanğın başlayıb  |     21:04 Sabah bu rayonların bir hissəsində qaz olmayacaq  |     20:56 Avstraliyada fərqli valideynlərdən olan əkizlər dünyaya gəldi  |     20:50 Avropanı yeni dəhşətli isti dalğası bürüyəcək - 45 dərəcə  |     20:44 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək  |     20:39 Qlobal toyuq istehsalı 20 ildə iki dəfə artıb  |    
Left Banner
Right Banner

Azərbaycanda tələbə buna görə 500 manat cərimə olundu

27.08.2026 19:11 120
Azərbaycanda tələbə buna görə 500 manat cərimə olundu
Sosial şəbəkələrdə əxlaq normalarını pozan daha bir tiktoker cəzalandırılıb.

Median.Az
xəbər verir ki, 18 yaşlı İlkanə Musayeva (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus “inciim1” profilində canlı yayım açıb. Bu zaman o, izləyici sayı artsın deyə əxlaqsız ifadələr səsləndirib. Bununla da İlkanə Musayeva ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.

Onun sosial şəbəkədəki qeyri-etik hərəkətləri ilə əlaqədar polis əməkdaşları tədbir görmək üçün həmin şəxsin yaşadığı evə gediblər. Bu zaman İlkanə Musayeva hüquq-mühafizə orqanı əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq, şöbəyə getməkdən imtina edib.

Nəticədə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə protokollar tərtib olunub.

İ. Musayevə ifadəsində bildirib ki, Bakı şəhərində kolleclərin birində üçüncü kursda təhsil alır. Valideynləri evdə olmadığı üçün polis əməkdaşları ilə birgə şöbəyə getməkdən imtina edib. O, əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə İ. Musayeva barəsində 500 manat məbləğində inzibati cərimə cəzası təyin edilib.(lent.az)скачать dle 11.3
Mojo.az Banner