Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Valentina Matviyenko Mehriban Əliyevaya məktub göndərib

27.08.2026 14:51 489
Valentina Matviyenko Mehriban Əliyevaya məktub göndərib
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə ən səmimi və xoş təbriklərimi qəbul edin.

Çoxillik səmərəli əməyiniz, xüsusi peşəkarlığınız və Azərbaycan Respublikasına sədaqətli xidmətiniz Sizə Vətəndə və onun hüdudlarından kənarda layiqli hörmət qazandırıb. Enerjiniz, insanlara diqqətiniz və yüksək mənəvi ideallara daimi sadiqliyiniz sayəsində sosial, mədəni və xeyriyyə sahələrində ictimai həmrəyliyin möhkəmləndirilməsinə və Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunub-saxlanılmasına xidmət edən genişmiqyaslı təşəbbüslər həyata keçirilir.

Rusiyada Sizin Rusiya-Azərbaycan əməkdaşlığının inkişafına, ölkələrimizin xalqları arasında ənənəvi mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə şəxsi töhfəniz yüksək qiymətləndirilir. Əminəm ki, ikitərəfli əlaqələr bundan sonra da yeni məzmunla zənginləşəcək, mühüm layihələrin həyata keçirilməsində praktiki ifadəsini tapacaq.

Əziz Mehriban xanım, aramızda isti dostluq münasibətlərinin yaranmasından çox şadam. Sizin ziyalılığınız, heyrətamiz zərifliyiniz və daxili ləyaqətiniz həmişə ən xoş təəssürat bəxş edən etimadlı dialoqa zəmin yaradır.

Sizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və yeni uğurlar arzu edirəm. Qoy Sizi həmişə doğmalarınızın sevgisi və qayğısı əhatə etsin, həmkarlarınızın və dostlarınızın dəstəyi isə bütün xeyirxah təşəbbüslərinizin həyata keçirilməsinə kömək etsin.

Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Son xəbərlər