Mojo.az Banner
19:03 Cəlilabadda ziyarətgahı qazdılar, sümüklər çıxdı - Polis araşdırmaya başladı  |     18:50 Birinci sinfə qəbul: Müraciətlərin sayı bəlli oldu  |     18:36 Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı  |     18:31 Ağstafada "TikTok" üçün video çəkərkən elektrik vuran yeniyetmə ÖLDÜ  |     18:29 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     18:27 Hikmət Hacıyev Ukraynanın III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edildi  |     18:21 Ağdamda açıq sahədə YANĞIN BAŞLAYIB  |     18:03 Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ  |     17:46 Xaçmazda kişi qızının sevgilisini küçədə döydü  |     17:33 Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO  |     17:23 Bir litr süd 15 qəpiyə satılır? - Fermerdən açıqlama  |     17:08 Avropada elektrikli avtomobil satışları 13 faiz artıb  |     17:00 Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar  |     16:42 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın böyük küçələrindən biri iki gün ardıcıl BAĞLANACAQ  |     16:26 Qızıl niyə bahalaşır? - Ekspert səbəbləri açıqladı  |     16:19 Rusiya ordusu Ukraynada üç yaşayış məntəqəsini nəzarətə götürüb  |     16:09 Paşinyan: "Yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmayacaq"  |     15:54 Fabinyo "Trabzonspor"da  |     15:51 34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı  |     15:35 İdarəetməni itirib maşını bağa aşırdı  |    
Left Banner
Right Banner

Xaçmazda kişi qızının sevgilisini küçədə döydü

24.08.2026 17:46 108
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
Xaçmaz rayonunda kişi qızının sevgilisini küçədə döyərək ona qarşı quldurluq edib.

Hadisə şəhər ərazisindəki parkda baş verib.

Rayon sakini, 1968-ci il təvəllüdlü Mail Mansurovun (soyadı şərtidir) qızı Humay ailəsindən boşanandan sonra atası ilə qalıb. O, bir müddətdən sonra ailəli olan Taleh adlı şəxslə tanış olub və həmin oğlanla sevgi münasibətləri yaranıb. Təxminən iki ay sonra qızın övladı dünyaya gəlib. Hadisədən sonra Mail Talehdən xahiş edib ki, uşağa atalıq hüququ versin. Ailəli olan Taleh isə bundan imtina edib və uşağa atalıq verməyəcəyini deyib. Mail onu təhdid etsə də, Taleh onunla razılaşmayıb və qızdan ayrılmaq qərarı verib. Qız isə atasının sözünə qulaq asmayıb və oğlanla birlikdə yaşamaq qərarı verib. Bundan əsəbiləşən Mail oğlana təzyiqlərini davam etdirib.

O, sevgili cütlüyü izləməyə başlayıb. Mail bir gün onları izləyəndə cütlüyün parka getdiyini görüb və onların dalınca gedib. Humayla Taleh parkda istirahət edərkən Mail onları yaxalayıb və Talehə hücum edib. O, Talehə yumruq və təpik zərbələri endirib. Daha sonra o, parkdakı çayxanadan götürdüyü külqabını sındıraraq, şüşə qırığı ilə Talehə xəsarətlər yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və Mail saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə M.Mansurov 2 il 6 ay azadlıqdan məhrum edilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner