Mojo.az Banner
18:54 Xəzər dənizində zəlzələ oldu  |     18:27 “Şəki yaylası”nda faciəvi şəkildə ölən - Ucalın atasından təsirli sözlər  |     18:15 Kəlbəcərdə tuneldə qalan ayı yorğun halda kömək gözlədi (VİDEO)  |     18:12 Nazirlər Kabineti təhsilalanlar üçün yeni geyim standartını təsdiqlədi  |     17:53 Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - Video  |     17:49 Bakının bu rayonunda qaz kəsiləcək  |     17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |     16:39 Bu şəxslər üçün viza proseduru sadələşdirildi  |     16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |     16:12 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı  |     16:09 Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - FOTO  |     16:05 Azərbaycanda bu institut ləğv olunur  |     14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |     14:32 Könüllü qanvermə aksiyası keçiriləcək  |     14:30 Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı  |     14:16 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - FOTO  |     14:10 Tıxacda qalmaq istəmirsinizsə, bunları bilməlisiniz  |     13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

İnsanların gözü qarşısında qızını kəmərlə döydü - FOTO/VİDEO

16.09.2020 21:09 1 759
İnsanların gözü qarşısında qızını kəmərlə döydü - FOTO/VİDEO
Kişi insanların gözünün qarşısında qızını kəmərlə döyüb. Buna səbəb isə qızının Boqotada keçirilən etiraz aksiyalarında iştirak etməsi olub.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Norbeli Restrepo 19 yaşlı qızı Kərimədən nümayişlərdə iştirak etməməsini istəyib. Lakin qızı onun sözünə qulaq asmayıb və aksiyalara qoşulub. Bunu öyrənən ata hadisə yerinə gələrək elə etirazçıların gözü qarşısındaca onu kəmərlə döyməyə başlayıb.

Polislər qəzəbli ataya mane olmağa çalışsa da, buna asanlıqla nail ola bilməyiblər.

Sonradan kişi bunu qızının həyatı üçün qorxduğundan etdiyini deyib.

“Küçəyə çıxıb qızımı ölənlərin arasında, ya da əlil arabasında görmək istəmirəm”, - deyə o, bildirib.

Qeyd edək ki, Kolumbiyada yerli sakinlərdən birinin polis zorakılığının qurbanı olması ilə etiraz aksiyaları başlayıb. Onun karantin qaydalarını pozduğu üçün hüquq mühafizəçiləri tərəfindən saxlanıldığı bildirilir. Məlumata görə, Xavyer Ordanyesə qarşı dəfələrlə elektroşoker istifadə edilib və nəticədə kişi ölüb.
скачать dle 11.3
Mojo.az Banner