Mojo.az Banner
12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakirə çıxmayan gəlin evdən qovuldu, məlum oldu ki... - Azərbaycanda son günlərin ən dəhşətli hadisəsi

28.11.2018 12:38 5 705
Bakirə çıxmayan gəlin evdən qovuldu, məlum oldu ki... - Azərbaycanda son günlərin ən dəhşətli hadisəsi
Bu günlərdə Neftçala rayonunda baş vermiş qətl hadisəsinin təfərrüatı eşidən hər kəsi dərindən sarsıdıb.

Median.Az
xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, rayonda işlədiyi ofisdə bacanağı tərəfindən öldürülən 62 yaşlı Rafiq Kərimovun (ad şərtidir) baldızının (yəni bacanağının) qızının namusuna toxunduğu üçün qətlə yetirildiyi məlum olub.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı zamanı məlum olub ki, Rafiq Kərimov illər əvvəl bacanağının yeniyetmə qızını zorlayıb.

Belə ki, təxminən 10 il əvvəl rayon sakini İsmayıl İsmayılov (ad şərtidir) həbsxanaya düşüb. Bu zaman onun həyat yoldaşı övladları ilə birgə bir müddət bacısının Masallıda yerləşən evində yaşayıb. Həmin dövrdə Rafiq Kərimov bacanağının hələ 12 yaşında olan qızını zorlayıb və onun bakirəliyinə toxunub. Bir neçə il sonra İsmayıl İsmayılov həbsxanadan çıxıb və ailəsi ilə birgə yaşamağa davam edib. Bütün baş verənlərin üstü isə təxminən 1 həftə əvvəl keçirilmiş toydan sonra açılıb. Belə ki, İsmayıl İsmayılovun qızının el adəti ilə toyu olub. Toy axşamı qızın nişanlısı onun bakirə olmadığını görüb və qızı ata evinə qaytarıb. Ailə üzvləri gənc qızı sorğu-sual edərək nəyin baş verdiyini üzə çıxarmağa çalışıb. Qız isə illər əvvəl Masallıda xalasıgildə qalarkən xalasının əri tərəfindən zorlandığını deyib.

Bundan xəbər tutan qızın atası İsmayıl İsmayılov bacanağını nəyin bahasına olur-olsun, öldürmək qərarına gəlib. O, Rafiqin işlədiyi ofisə gələrək insanların gözü qarşısında onu çoxsaylı bıçaq zərbələri ilə öldürüb, daha sonra isə polis şöbəsinə gedərək təslim olub.

Bildirilir ki, qətlə yetirilən Rafiq Kərimov sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonuna dəyişilərək uzun illər Neftçala Rayon Polis Şöbəsində müstəntiq işləyib. O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb.скачать dle 11.3
Mojo.az Banner