Mojo.az Banner
13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Dollar Nizami"yə hökm oxundu

20.05.2024 16:29 1 203
Bakı şəhərində saxta pul dövriyyəsini təşkil etməkdə şübhəli bilinən Nizami Quliyevə hökm oxunub.

"Qaynarinfo"nun məlumatına görə, 1972-ci ildə Balakən rayonunda anadan olmuş Nizami Quliyev ötən ilin may ayında saxlanılıb və onun üzərinə baxış zamanı saxta 35 900 ABŞ dollar aşkar olunaraq götürülüb.

Cinayət Məcəlləsinin 204.3.1 və 204.3.2-ci maddələri ilə təqsirləndirilən Nizami Quliyev məhkəmədə həmin maddələr üzrə özünü qismən təqsirli bildirib. O bildirib ki, Rusiya və Türkiyədə bizneslə məşğul olan və əvvəlcədən tanıdığı Mail Səmədov adlı şəxsin göstərişi ilə həmin saxta dollarları əldə edib. "Mail Səmədov mənə bir neçə şəxsdən pulları götürüb, başqa şəxslərə verməyi tapşırırdı. Mən də həmin tapşırıqları icra edirdim", - deyə saxlanılan şəxs bildirib.

Mail Səmədovun tapşırığı ilə Nizami Quliyevin əməllərindən zərərçəkənlərdən biri də "Fud Siti" bazarında bizneslə məşğul olan azərbaycanlı iş adamı Samir (şərti ad) adlı şəxsdir. Moskva şəhərində yaşayan Samirin Bakıda ümumilikdə 2 274 000 rus rublu (təxminən 42 520 AZN – red.) pulu olub. Həmin vaxt o, rublu dollarla dəyişmək üçün Moskva şəhərində yaşayan, əslən Lənkəran şəhərindən olan Mail Səmədovun təklifi ilə Nizami Quliyevlə görüşüb. Nizami 2 274 000 rus rublu qarşılığında 29 700 ABŞ dollarını Samirin qardaşı Hüseynə verib. Onlar pulları götürdükdən sonra rayona gediblər. Rayonda pulların saxta olduğunu bilib, Nizami ilə əlaqə saxlamağa çalışıblar. Daha sonra hadisə ilə bağlı polisə məlumat veriblər.

Məhkəmədə Rusiyada işləyən azərbaycanlılar Maili həmin hadisədən sonra hələ də axtardıqlarını bildiriblər.

Məhkəmənin qərarı ilə Nizami Quliyev Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 8 il müddətə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner