Mojo.az Banner
14:02 Elektron sənəd qəbulunun müddəti uzadıldı  |     13:56 Daşkəsəndə iri qaya parçaları yolu bağladı  |     13:50 Məktəbli forması ilə bağlı səs yazısı yayıldı: Təhsil İdarəsi açıqlama verdi  |     13:42 50 yaşdan sonra hansı qidaları azaltmaq lazımdır - 6 məhsul qrupu açıqlandı  |     13:34 Mais Nəsirov departament rəhbəri təyin edildi  |     13:26 Yaxın günlərdə temperatur 41 dərəcəyə çatacaq - AÇIQLAMA  |     13:23 Metroda yeni qatarların sayı niyə azalıb? - SƏBƏB AÇIQLANDI  |     13:14 Şəmkirdə 6 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıldı  |     13:09 Yeni ailə quran gənclərə birdəfəlik yardımların verilməsi təklif olunur  |     13:01 Paşinyan Rusiyadakı səfiri geri çağıracaq  |     12:56 Laçında məskunlaşan ailələrin sayı açıqlandı  |     12:50 Yeni Klinikadakı işindən “Green Card” udduğuna görə çıxıbmış  |     12:45 Bu şəxslərin pensiyası yenidən artacaq  |     12:38 Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib  |     12:32 İslam Maxaçev döyüşlərdən kənarlaşdırıldı  |     12:27 Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO  |     12:19 Bakıda ov tüfəngindən atəş açıldı - Yaralanan var  |     12:14 "Maşa və Ayı" bu ölkədə qadağan edildi  |     12:06 Agentlik 20 qəpiyə görə "Buta" apteklər şəbəkəsini 4 min manat cərimələdi  |     12:01 Qazax sakinin niyə yarım milyon manatdan çox vergi borcu yaranıb? - Video  |    
Left Banner
Right Banner

Laçında məskunlaşan ailələrin sayı açıqlandı

21.08.2026 12:56 114
Laçında məskunlaşan ailələrin sayı açıqlandı
"Avqust Azərbaycan tarixinə həmçinin Laçının işğaldan azad olunduğu ay kimi daxil olub".

Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu:

"Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfərdən sonra, 2020-ci ilin dekabrın 1-də Laçın rayonu, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verildi. Cənab Prezidentin imzaladığı sərəncama əsasən, 26 Avqust Laçın şəhəri günü kimi qeyd edilir. İşğaldan azad olunandan sonra Laçın rayonu bərpa və yenidənqurma mərhələsinə qədəm qoydu. Qısa müddətdə Laçında məskunlaşma prosesinə start verildi. Öz ata-baba yurdlarından uzun müddət kənarda qalan laçınlılar mərhələli şəkildə öz doğma və tarixi yurdlarına qayıdırlar.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun əldə etdiyi zəfərdən sonra Laçın rayonunda 979 ailə məskunlaşıb. Bu, 3665 nəfərin öz ata-baba yurdlarına qayıtması deməkdir. 614 ailə (2264 nəfər) Laçın şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) rayonun Sus kəndində və 89 ailə (363 nəfər) isə Bəylik kəndində məskunlaşıb. Böyük Qayıdış Proqramına əsasən, Laçın rayonunda məskunlaşma davam etdirilir. İşğal nəticəsində dağıdılan və baxımsız şəhərə dönən Laçın artıq regionun əsas mərkəzlərindən birinə çevrilməkdədir".
скачать dle 11.3
Mojo.az Banner