Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Bu günədək Laçına 828 ailə köçürülüb, 950-dən çox sakinin məşğulluğu təmin edilib

26.08.2024 19:40 1 617
Bu günədək Laçına 828 ailə köçürülüb, 950-dən çox sakinin məşğulluğu təmin edilib
Bu günədək Laçın rayonuna 3069 nəfər (828 ailə) yerli sakin köçürülüb.

Bu barədə "Report"a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ("Qaçqınkom") məlumat verilib.

Bildirilib ki, ötən iki il ərzində şəhərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb. Rabitə-kommunikasiya xətləri yenilənib, müasir infrastruktur qurulub. İndiyədək 2031 nəfər yerli sakin doğma şəhərə qayıdıb.

Həmçinin qeyd edilib ki, Laçın rayonunun yenidən tikilmiş Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlərin daimi məskunlaşması təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyindən isə məlumat verilib ki, indiyədək Laçında 950-dən çox sakinin məşğulluğu təmin edilib:

"Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində doğma yurd yerlərinə - Laçın şəhərinə və Laçının Zabux və Sus kəndlərinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması işləri davam edir. Agentlik tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanları qiymətləndirilir və onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir. Laçına köçürülən sakinlərdən artıq 954 nəfərin məşğulluğu təmin olunub. O, cümlədən 32 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub. 39 sakin üçün isə peşə hazırlığı kursları təşkil edilib. Hazırda daha 255 sakinin məşğulluğuna dəstək işləri aparılır. Laçına köçürülən sakinlərin məşğulluq xidmətlərinə əlçatanlığının artırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın xidmət şöbəsi də açılıb", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Laçın şəhəri 2022-ci il avqustun 26-da işğaldan azad edilib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 26 Avqust – Laçın şəhəri günü kimi qeyd olunur.

Son xəbərlər