Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi

17.08.2026 21:51 339
Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi
Xırdalan şəhərinin Heydər Əliyev prospektində aidiyyəti qurum tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət səbəbindən E2, 135, 515, 517, 523, 535, 592 və 596 nömrəli marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.

"E2 nömrəli marşrut "20 Yanvar" metrostansiyasından Xırdalan şəhəri istiqamətində Heydər Əliyev prospekti, Zərifə Əliyeva, Qalubiyyə, Mehdi Hüseynzadə küçələri ilə fəaliyyət göstərir. Başlanğıc dayanacaq məntəqəsi Heydər Əliyev prospektində təşkil edilib.

135 nömrəli marşrutun avtobusları başlanğıc dayanacaq məntəqəsi Mehdi Hüseynzadə küçəsi olmaqla Heydər Əliyev prospekti ilə hərəkət edir.

517 nömrəli marşrut iki stiqamət üzrə fəaliyyət göstərir:

1-ci istiqamət Masazır kəndi ("Yeni Bakı" yaşayış kompleksi) - Həsən Əliyev küçəsi (dairəvi hərəkət),

2-ci istiqamət isə başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi ("Yeni Bakı" yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə Heydər Əliyev prospektidir.

515, 523 və 596 nömrəli marşrutlar Heydər Əliyev prospekti, Hacı Zeynalabdin Tağıyev, Osman Sarıvəlli, İmadəddin Nəsimi və Həsən Əliyev küçələri ilə fəaliyyət göstərir.

535 nömrəli marşrutun son dayanacaq məntəqəsi Heydər Əliyev prospektində, Hacı Zeynalabdin Tağıyev küçəsi ilə kəsişmənin yaxınlığına təşkil edilib.

592 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə küçəsi ilə kəsişmənin yaxınlığına təşkil olunub", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər