Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Bir sıra avtobus marşrutlarının hərəkət sxemi DƏYİŞDİRİLİR

13.09.2025 20:16 654
Bir sıra avtobus marşrutlarının hərəkət sxemi DƏYİŞDİRİLİR
"Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 20 marşrutun hərəkət sxemi dəyişdirilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Dəyişikliyə əsasən:

1 nömrəli avtobus marşrutu (istiqamət: "Neftçilər" metrostansiyası), 46 nömrəli avtobus marşrutu (istiqamət: "Əhmədli" metrostansiyası) və H1 nömrəli avtobus marşrutu (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) 28 May küçəsi - Dilarə Əliyeva küçəsi - Kövkəb Səfərəliyeva küçəsi - Neftçilər prospekti - Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

2 nömrəli avtobus marşrutu (istiqamət: "Dərnəgül" metrostansiyası) Dilarə Əliyeva küçəsi - Kövkəb Səfərəliyeva küçəsi - Neftçilər prospekti - Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

4 nömrəli avtobus marşrutu (istiqamət: "Xətai" metrostansiyası) Azadlıq prospekti - Dilarə Əliyeva küçəsi - Kövkəb Səfərəliyeva küçəsi - Neftçilər prospekti - Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət "Nəriman Nərimanov" metrostansiyası - Süleyman Rəhimov küçəsini, ikinci istiqamət Salyan şosesi - Bibiheybət məscidi - Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək.

6 nömrəli avtobus marşrutu iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət "Azadlıq prospekti" metrostansiyası - Axundov bağını, ikinci istiqamət 20-ci Sahə - Bəhram Gur heykəlini əhatə edəcək.

10, 18, 31, 37, 77 və 205 nömrəli avtobus marşrutları (istiqamət: "İçərişəhər" metrostansiyası) Şeyx Şamil küçəsi - Lermontov küçəsi - Bünyad Sərdarov küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.

20, 88A və 120E nömrəli avtobus marşrutlarının hərəkəti Kövkəb Səfərəliyeva küçəsi ilə təşkil olunacaq. Əks istiqamətdə isə marşrut Xocalı prospekti - Yusif Səfərov küçəsi - 28 May küçəsi ilə hərəkət edəcək.

61 nömrəli avtobus marşrutu (istiqamət: Mərkəzi Bank) Səməd Vurğun küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Rəşid Behbudov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;

65 nömrəli avtobus marşrutu (istiqamət: "İçərişəhər" metrostansiyası) Murtuza Muxtarov küçəsi - Əhməd Cavad küçəsi - Azərbaycan prospekti (son dayanacaq məntəqəsi) üzrə;

88 nömrəli avtobus marşrutu (istiqamət: "28 May" metrostansiyası) Azadlıq prospekti - Füzuli küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.

125 nömrəli avtobus marşrutu (istiqamət: "28 May" metrostansiyası) Lökbatan dairəsi - Bakı Dairəvi yol - Mikayıl Müşfiq küçəsi - Badamdar dairəsi - Mikayıl Müşfiq küçəsi - Abdulla Şaiq küçəsi - Mirzəağa Əliyev küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Süleyman Rüstəm küçəsini (son dayanacaq məntəqəsi "28 May" NMM) əhatə edəcək.

149 nömrəli avtobus marşrutu Sahil qəsəbəsindən "Binə" ticarət mərkəzinə ("Lökbatan" NMM) qədər fəaliyyət göstərəcək.

72 və E1 nömrəli avtobus marşrutlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.

Son xəbərlər