Mojo.az Banner
23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |     21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |    
Left Banner
Right Banner

Bu avtobusların hərəkət sxemində dəyişiklik edilir

04.11.2025 17:09 468
Bu avtobusların hərəkət sxemində dəyişiklik edilir
Bakıda keçiriləcək Zəfər Paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 23 marşrutun hərəkət sxemi dəyişdirilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Dəyişikliyə əsasən: 1, 2, 46 və H1 nömrəli marşrutlar "28 May" NMM - Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

4 nömrəli marşrut "28 May" NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Mərkəzi Bulvar küçəsi – 1-ci Yaşıl Ada küçəsi (Ağ şəhər) – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

5 nömrəli marşrut "Nəriman Nərimanov" metrostansiyası – Süleyman Rəhimov küçəsi ("28 May" metrostansiyası) istiqamətində hərəkət edəcək.

6 nömrəli marşrut iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət "Azadlıq prospekti" metrostansiyası – Axundov bağını, ikinci istiqamət 20-ci Sahə (Ö.Nemanzadə küçəsi) – Su İdmanı Sarayı – "Binə" ticarət mərkəzini əhatə edir.

10 nömrəli marşrut Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – "28 May" NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

18 nömrəli marşrutun son dayanacaq məntəqəsi Əhməd Cavad küçəsi (Nizami bağı) olacaq.

20 nömrəli marşrut "28 May" NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti – Yusif Səfərov küçəsi – Mehdi Mehdizadə küçəsi – 28 May küçəsi – Rəşid Behbudov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

21, 120 və 120E nömrəli marşrutlar "28 May" NMM – Kövkəb Səfərəliyeva küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

30 və 49 nömrəli marşrutlar "28 May" NMM – Kövkəb Səfərəliyeva küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

32 nömrəli marşrut "28 May" NMM – Kövkəb Səfərəliyeva küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

61 nömrəli marşrutun son dayanacaq məntəqəsi Rəşid Behbudov küçəsi olmaqla fəaliyyəti Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi ilə;

65 nömrəli marşrutun son dayanacaq məntəqəsi Axundov bağı olmaqla fəaliyyəti Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Azərbaycan prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

88 nömrəli marşrutun son dayanacaq məntəqəsi Füzuli küçəsi olmaqla fəaliyyəti Azadlıq prospekti – Füzuli küçəsi – Rəşid Behbudov küçəsi ilə təşkil ediləcək.

88A nömrəli marşrut "28 May" NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti – Yusif Səfərov küçəsi – Mehdi Mehdizadə küçəsi – 28 May küçəsi – Puşkin küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

125 nömrəli marşrutun son dayanacaq məntəqəsi "28 May" NMM olmaqla fəaliyyəti İpək yolu (Dairəvi yol) – Mikayıl Müşfiq küçəsi – Şəmsi Bədəlbəyli küçəsi ilə təşkil ediləcək.

149 nömrəli marşrut Sahil qəsəbəsi – "20-ci Sahə" dairəsi istiqamətində fəaliyyət göstərəcək.

205 nömrəli marşrutun fəaliyyəti İpək yolu (Dairəvi yol) – Mikayıl Müşfiq küçəsi ilə təşkil ediləcək.
скачать dle 11.3
Mojo.az Banner