Mojo.az Banner
17:30 Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb  |     17:07 Sumqayıt sakinlərinə ŞAD XƏBƏR - Xırdalan qatarı yenə işləyəcək  |     16:57 Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?  |     16:52 Sabah 37 dərəcə isti olacaq  |     16:49 Brüsseldən Bakı və İrəvana mühüm mesaj: Sülh yolunda irəliləyiş var  |     16:41 Taksi sürücüsündən ŞOK HƏRƏKƏT: "Uşaqlı adam götürmürəm" - VİDEO  |     16:29 Xocavənddə yanğın: FHN-in bölmələri cəlb edildi  |     15:56 Bakıda daha bir küçədə mikromobillik zolağı yaradıldı  |     15:40 DİN: Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın  |     15:35 DSX-də generalların yeri dəyişdi - Pirizadə Elçin Quliyevin müavini oldu  |     15:31 Samuxun qarayara aşkarlanan kəndində nəzarət postu quruldu - FOTO  |     15:23 Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlanıb - FOTO  |     15:19 “Qarayara bioloji silah kimi istifadə oluna bilər” — Həkim elə şeylər danışdı ki... İzolyasiya, karantin ŞƏRTDİR  |     15:12 Tacikistanda 5.5 maqnitudalı zəlzələ qeydə alınıb  |     13:24 Gürcüstandan Azərbaycana gələn yük qatarında YANĞIN OLUB  |     13:20 Qarayara təhlükəsi var — Ət alarkən bunlara diqqət edin  |     13:16 “Yeni ulduz” televiziyaya tamaşaçıların qayıtmasını təmin edəcək - Ekspert  |     13:11 Qeyri-etik video paylaşan tiktoker SAXLANILDI  |     13:10 Ermənistanda "Qazprom"un dörd əməkdaşı həbs edildi  |     13:08 Bölgələrdə yanğına səbəb olan beş nəfər saxlanıldı  |    
Left Banner
Right Banner

“Qarayara bioloji silah kimi istifadə oluna bilər” — Həkim elə şeylər danışdı ki... İzolyasiya, karantin ŞƏRTDİR

14.08.2026 15:19 423
“Qarayara bioloji silah kimi istifadə oluna bilər” — Həkim elə şeylər danışdı ki... İzolyasiya, karantin ŞƏRTDİR
Son günlər qarayara xəstəliyinin artması ilə bağlı məlumatların yayılması xəstəliyin insanlara hansı yollarla keçə bilməsi və xüsusilə uşaqlar üçün nə dərəcədə təhlükəli olması ilə bağlı suallar yaradıb. Qarayara əsasən xəstə və ya ölmüş heyvanlarla, eləcə də onların yoluxmuş məhsulları ilə təmas nəticəsində insana keçə bilən bakterial zoonoz xəstəlikdir. Xəstəliyə səbəb olan "Bacillus anthracis" bakteriyasının sporları torpaqda uzun müddət qala və insan orqanizminə dəri zədələri, tənəffüs yolu və ya çirklənmiş qida vasitəsilə daxil ola bilər.

Bəs xəstə heyvana, o cümlədən pişiyə toxunmaq qarayara ilə yoluxmaya səbəb ola bilərmi? Xüsusilə uşaqları xəstəlikdən qorumaq üçün valideynlər hansı qaydalara əməl etməlidir və qarayara nə dərəcədə riskli xəstəlik hesab olunur?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən tibb üzrə ekspert Adil Qeybulla suallarımızı cavablayıb:

"Qarayara xəstəliyi bakteriya tərəfindən yaranan bir xəstəlikdir. Çox təhlükəli infeksiya sırasındadır. Həmin" Bacillus" bakteriyası ətraf aləmdə vegetativ formaya keçərək torpaqda, suda 100 il yaşaya bilir", - deyə Adil Qeybulla deyib.

Mütəxəssisin sözlərinə görə, bu infeksiya təkcə fərdi təsərrüfatda, həyətyanı təsərrüfatda deyil, eyni zamanda vəhşi təbiətdə də tapılır. Vəhşi təbiətdə begomotların və digər heyvanların olduğu bit arialda yüzlərlə heyvan bir-birini yoluxduraraq məhv olur.

Həkim əlavə edib ki, bu xəstəliyin digər adı da "Sibir xorası"dır. Bədənə daxil olduğu yerdə yara forması əmələ gəlir. Həmin yaranın ortası qara ərplə örtülür. Ona görə də bu xəstəliyə "Qara yara" da deyirlər.

Xəstəliyin əlamətlərinə də toxunan Adil Qeybulla deyib:

"İnfeksiya bədənə daxil olduqdan sonra bədəndə qripəbənzər əlamətlər yaradır. Baş, bel ağrıları, yüksək temperatur, üşütmə, qusma, ishal yaranaraq şiddətlənir. Nəticədə təzyiqin düşməsinə səbəb olaraq şoka və ölümə gətirib çıxara bilər".

Adil Qeybulla onu da bildirib ki, insanlar xəstə heyvanların dərisindən və ətindən yoluxa bilərlər. Məhz heyvanlar da bir-birini bu cür yoluxdururlar. Qara yaranın böyük epidemiyasına rast gəlinmir. Çünki bu infeksiya baş verdikdə vəhşi təbiətdə bir populasiya məhv ola bilir. Amma nə qədər ki, insan bunun qarşısını karantin tədbirləri ilə ala bilir və bu qısa müddətdə lokallaşdırılır.
Mütəxəssis sonda vurğulayıb ki, bu infeksiya təhlükəlidir və bioloji silahlar sırasındadır. Əgər bioloji silah hardasa tətbiq olunsa, Qara yara da tətbiq oluna bilər. Çünki bioloji silah kimi nəzərdə tutulub. Ona görə də buna ciddi yanaşmaq lazımdır. Karantin tədbirləri görülməlidir. Xəstə heyvanla insanın təması həmişə təhlükəlidir. İstənilən xəstəlik buna daxildir. Ona görə də infeksiyanın qarşısını almaq üçün ilk növbədə izolyasiya, karantin və mümkün qədər lokallıq vacibdir. Bu zaman heyvanlar məhv edilir, insanlar isə izolyasiya şəraitində müalicə olunur.
Müalicə isə antibiotiklərlə aparılır. Antibakterial müalicə şərtdir. Ümumi intoksikasiyanı götürən müalicədir. Həmçinin immun sistemini gücləndirmək də vacibdir. İstənilən halda profilaktik tədbirlər daha məqsədəuyğundur.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner