Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

“Yeni ulduz” televiziyaya tamaşaçıların qayıtmasını təmin edəcək - Ekspert

14.08.2026 13:16 432
“Yeni ulduz” televiziyaya tamaşaçıların qayıtmasını təmin edəcək - Ekspert
İllər əvvəl tamaşaçıların böyük marağına səbəb olan “Yeni ulduz” musiqi layihəsi yenidən ekranlara qayıdır. “SOY” prodakşının ərsəyə gətirdiyi layihənin bu dəfə ARB TV-də yayımlanacağı gözlənilir. Layihənin yenidən gündəmə gəlməsi həm nostalji hisslər yaradır, həm də televiziya məkanında musiqi yarışmalarına marağın yenidən artdığını göstərir.

Media eksperti, Əməkdar jurnalist Azər Həsrət  Median.Az-a açıqlamasında “Yeni Ulduz” yarışmalarına maraqla baxdığını deyib:

“Baxmayaraq ki, sahəm fərqlidir, amma incəsənətdir, musiqidir, bu, hamı üçün var, o cümlədən bizim üçün də. Diqqətlə, maraqla baxırdıq. Yəni, tamaşaçıları həqiqətən də cəlb eləyirdi və televiziyanın qarşısında bəlli bir auditoriya formalaşdırmışdı. Düşünürəm ki, onun geri qaytarılması, yenidən ekrana çıxması televiziyaya marağı bir qədər də artıra biləcək. Bundan savayı da, o yarışmanın qalibləri, yaxud iştirakçıları arasında çox sayda istedadlı gənclər vardı. O gənclər artıq ölkənin incəsənətinə, Azərbaycanın incəsənətinin, mədəniyyətinin tanınmasına xidmət edirlər, məşhurlaşıblar, yaxşı oxuyurlar. Yəni, həqiqətən də istedadlı gənclər üzə çıxdı”.

O qeyd edib ki, belə bir yarışmanın davamlı şəkildə keçirilməsi Azərbaycanda, özəlliklə də yetişməkdə olan nəslin mədəniyyətə, incəsənətə gəlişinə əlavə imkanlar yarada bilər:

“Eyni zamanda, bu, həm də televiziyaya tamaşaçıların qayıtmasını təmin edəcək. Əlbəttə, tam olaraq deyil, qismən. Və üstəlik də, indiki sosial media şəraitində düşünürəm ki, bu yarışmanın yayımlanması həqiqətən də çox ciddi təkan verəcək proseslərə. Yəni, mədəniyyət sahəsində. Yaxşı ifaları dinləyirik, seçilənləri izləyirik və əlbəttə ki, seçənlərin də kimliyinə diqqət yetiririk. “Yeni Ulduz”un bundan sonrakı həyatı da uğurlu olar”.

Aysel Elnurскачать dle 11.3
Mojo.az Banner