Mojo.az Banner
21:40 Peşə təhsili müəssisələrinə qəbulun cavabları açıqlandı  |     21:35 Qubada zəlzələ oldu  |     21:26 Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı açıqlandı  |     21:21 Daha bir qatar relsdən çıxdı - Son sutkada ikinci hadisə  |     21:15 Premyer Liqada yeni mövsümün ilk qolu vuruldu  |     21:09 “Az qaldı uşağımı sel apara, niyə kömək etmirlər?” - Video  |     20:59 Bakıda 34 yaşlı kişi küçədə öldü  |     20:54 Bakıda axund cərimələndi - Səbəb  |     20:51 Sərnişinlərin NƏZƏRİNƏ: Paytaxtda doqquz marşrutun hərəkət istiqaməti dəyişdirildi  |     20:32 İş adamına 1 milyon manat "atan" biznesmenlə bağlı qərar verildi  |     20:25 Gecə şəkəri normal saxlamaq üçün nə içmək lazımdır?  |     20:20 Cəlbediciliyi artırmaq üçün sadə hiylə - Alimlər açıqladı  |     20:12 Kolumbiyada ölənlərin sayı artdı  |     20:07 Üçüncü ixtisas qrupu ilə bağlı vacib məlumatlar  |     19:59 Ağaclar qanunsuz kəsildi - Təbiətə 71 min manatdan çox ziyan vurdular  |     19:54 Şəhid anası vəfat etdi  |     19:46 İkinci qrupda 600 və daha çox bal toplayanları sayı açıqlandı  |     19:40 İkinci ixtisas qrupunda neçə plan yeri ayrılıb?  |     19:33 Rusiya hərbi binasını partlatmağa çalışan qadın həbs edildi  |     19:28 Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı  |    
Left Banner
Right Banner

İlham Əliyev Belarusla olan Anlaşma Memorandumunu təsdiqlədi

14.08.2026 15:27 111
İlham Əliyev Belarusla olan Anlaşma Memorandumunu təsdiqlədi
"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilib.

Median.Az
President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, 2026-cı il iyunun 2-də Minsk şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq olunub.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.скачать dle 11.3
Mojo.az Banner