Mojo.az Banner
18:18 Kartdan-karta köçürmələrdəki limitə görə qiymətlər artacaq? - AÇIQLAMA  |     18:14 Sumqayıtda kafedə yanğın: Obyekt tamamilə külə döndü  |     18:02 Bakıda 18 istiqamətdə sıxlıq va  |     17:56 Bakı və bir sıra rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     17:47 Azərbaycanda iqlim dəyişiklikləri ilə bağlı xərclər 1,4 milyard manatı ötüb  |     17:45 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib  |     17:30 Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb  |     17:07 Sumqayıt sakinlərinə ŞAD XƏBƏR - Xırdalan qatarı yenə işləyəcək  |     16:57 Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?  |     16:52 Sabah 37 dərəcə isti olacaq  |     16:49 Brüsseldən Bakı və İrəvana mühüm mesaj: Sülh yolunda irəliləyiş var  |     16:41 Taksi sürücüsündən ŞOK HƏRƏKƏT: "Uşaqlı adam götürmürəm" - VİDEO  |     16:29 Xocavənddə yanğın: FHN-in bölmələri cəlb edildi  |     15:56 Bakıda daha bir küçədə mikromobillik zolağı yaradıldı  |     15:40 DİN: Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın  |     15:35 DSX-də generalların yeri dəyişdi - Pirizadə Elçin Quliyevin müavini oldu  |     15:31 Samuxun qarayara aşkarlanan kəndində nəzarət postu quruldu - FOTO  |     15:23 Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlanıb - FOTO  |     15:19 “Qarayara bioloji silah kimi istifadə oluna bilər” — Həkim elə şeylər danışdı ki... İzolyasiya, karantin ŞƏRTDİR  |     15:12 Tacikistanda 5.5 maqnitudalı zəlzələ qeydə alınıb  |    
Left Banner
Right Banner

Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlanıb - FOTO

14.08.2026 15:23 162
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlanıb - FOTO
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən aksizli məhsulların dövriyyəsinə nəzarətin gücləndirilməsi, bu məhsulların istehsalı və satışı sahəsində şəffaflığın artırılması və vergi intizamının gücləndirilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı külli miqdarda saxta aksiz markası ilə markalanmış məhsulların satışının həyata keçirilməsi və satış məqsədilə saxlanması faktları aşkar edilib.

Belə ki, Murtuzayev Sahil Arif oğluna məxsus Kəngərli rayon Qarabağlar kəndi ərazisində yerləşən anbarda külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər aşkarlanıb və müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar götürülüb. Hazırda faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır.

Dövlət Vergi Xidməti bütün sahibkarlıq subyektlərini vergi və digər qanunvericiliklə müəyyən edilmiş tələblərə ciddi riayət etməyə çağırır. Qanunvericiliyin tələblərinə əməl olunması sahibkarların əlavə maliyyə sanksiyaları və digər hüquqi məsuliyyət tədbirləri ilə üzləşməsinin qarşısını almaqla yanaşı, bazarda sağlam, bərabər və ədalətli rəqabət mühitinin qorunmasına, “kölgə iqtisadiyyatı”nın həcminin azaldılmasına xidmət edir.

Aksizli məhsulların istehsalı və dövriyyəsinə nəzarətin gücləndirilməsi istiqamətində görülən tədbirlər bundan sonra da davam etdiriləcək.






скачать dle 11.3
Mojo.az Banner