Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Qarayara təhlükəsi var — Ət alarkən bunlara diqqət edin

14.08.2026 13:20 651
Qarayara təhlükəsi var — Ət alarkən bunlara diqqət edin
Samuxda iribuynuzlu heyvanla təmasdan sonra bir nəfərdə qarayara xəstəliyinin laborator təsdiqlənməsi narahatlıq yaradıb. Hadisə ilə bağlı xəstə heyvanla təmasda olmuş 9 nəfər Gəncədə yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib və onlardan laborator müayinə üçün nümunələr götürülüb. Aidiyyəti qurumlar hazırda xəstəliyin əhali arasında yayılmasının qeydə alınmadığını bildirirlər.

Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Median.Az-a açıqlamasında bildirib ki, Samuxda iribuynuzlu heyvanla təmasdan sonra bir şəxsdə qarayara xəstəliyi təsdiqlənib:

“Ümumiyyətlə, bunu belə adlandıra bilərik ki, bu, sonradan əmələ gələn bir proses deyil. Burada diqqət etməli olduğumuz bir neçə nüans var. İlk növbədə xəstəliyin yaranma səbəblərinə və simptomlarına baxaq. Etiologiyaya, yəni yaranma səbəbinə gəldikdə, müxtəlif amillər ola bilər. Bunun sırf yaranma səbəbi araşdırılmadığı üçün bir neçə faktoru qeyd edə bilərik. İlk növbədə heyvanın saxlanma şəraiti, qidalandığı yem və digər amillər. Sonrakı prosesdə isə baytarın mütəmadi olaraq nəzarət edib-etməməsi ciddi faktorlardır. Bəs bu xəstəlik insanda hansı simptomlarla ortaya çıxır? Qarın ağrısı, ishal, qusma, halsızlıq və bu kimi əlamətlər müşahidə oluna bilər. Bu proses bir neçə gün davam edə bilər”.

Həkim əlavə edib ki, lakin həmin simptomlar digər normal hallarda da müşahidə oluna bildiyi üçün xəstəliyi ayırd etmək bir qədər çətindir:

“Amma heyvandarlıqla məşğul olan insanlar özlərində bu kimi hallar baş verdikdə daha diqqətli olmalı və dərhal həkimə müraciət etməlidirlər. Hər bir halda, belə bir proses ortaya çıxmasa belə, ən azı vəziyyəti nəzarətdə saxlamaq mümkün olar. Təkcə heyvandarlıqla məşğul olan insanlara deyil, çox ət istehlak edən şəxslərə də tövsiyə edərdim ki, ət aldıqları yerə diqqət etsinlər”.

O sonda qeyd edib ki, çünki heyvanın saxlanma şəraiti, baytar nəzarəti və digər amillər nəzərə alınmalıdır:

“Biz həmin əti istehlak edirik və əgər heyvanda xəstəlik prosesi baş verirsə, bu, yalnız heyvana qulluq edən şəxsin yoluxa biləcəyi xəstəlik deyil, ət vasitəsilə insanlara da keçə bilər. Ona görə də insanlar ət alarkən onun keyfiyyətinə, kəsilmə şəraitinə, heyvanın sağlamlığına və digər bu kimi məqamlara diqqət etməlidirlər. Çünki çox təəssüf ki, qəbul etmək istəməsək də, xəstə heyvanların, hətta ölməyə yaxın olan heyvanların kəsimi davam edir. Bu isə birbaşa olaraq insan sağlamlığı üçün təhlükə yaradır. Heyvandarlıqla məşğul olan şəxslər öz şəxsi gigiyenalarına da diqqət etməlidirlər. Heyvanlarla işləyərkən əlcək və digər qoruyucu vasitələrdən mütləq istifadə etməlidirlər. Hər nə qədər gülünc görünsə də, əslində bu, gülünc deyil, sağlamlığı qorumaqdır. İş prosesindən sonra isə şəxsi təmizliyə və gigiyenaya ciddi diqqət yetirmək lazımdır”.

Aysel Elnur

Son xəbərlər