Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-İran gərginliyi ilə bağlı SENSASİON açıqlama

14.08.2026 13:04 453
ABŞ-İran gərginliyi ilə bağlı SENSASİON açıqlama
ABŞ-İran gərginliyi fonunda atəşkəsin taleyi ilə bağlı diplomatik təmaslar intensivləşib. Vasitəçilər üzərindən aparılan danışıqlarda atəşkəsin uzadılması müzakirə edilsə də, Tehran bu barədə konkret razılaşma əldə olunduğunu təkzib edir.

Pakistan və Qətər vasitəsilə mesaj mübadiləsinin davam etməsi tərəflər arasında diplomatik kanalların hələ də açıq olduğunu göstərir. Bəs bu fəallıq daha geniş siyasi anlaşmaya aparan yolun başlanğıcıdır, yoxsa tərəflər yeni qarşıdurmaya hazırlaşmaq üçün vaxt qazanır?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən deputat Tənzilə Rüstəmxanlı bildirib ki, hazırkı vəziyyətə əsasən demək olar ki, tərəflər arasında tam siyasi razılaşma görünür.

Deputatın sözlərinə görə, İran rəsmiləri atəşkəsin uzadılması ilə bağlı hər hansı yeni razılaşmanın müzakirə edilmədiyini bildiriblər və bu barədə yayılan xəbərləri təkzib ediblər.
Tənzilə Rüstəmxanlı əlavə edib ki, Pakistan və Qətər vasitəçiliyi ilə mesaj mübadiləsi davam edir. Tərəflər arasında danışıqlar üçün mexanizmlərin yaradılması və gələcək siyasi razılaşma üçün yol xəritəsinin hazırlanması da əvvəlki görüşlərdə müzakirə olunub.

Millət vəkilinin fikrincə, ABŞ Hörmüz boğazının yenidən açılmasını, İran isə sanksiyaların yumşaldılmasını tələb edir. Tərəflər bu məsələlərdə kompromisə gələ bilsələr, mərhələli razılaşma mümkündür.

"Belə ki, diplomatik fəallıq hər iki tərəfə yenidən hərbi, iqtisadi və siyasi hazırlıq üçün vaxt qazandırır. Çünki Vaşinqton da, Tehran da hələ ki, əsas tələblərindən geri çəkilməyə hazır deyillər.
Real vəziyyət budur", — deyə T. Rüstəmxanlı qeyd edib.


Deputat qeyd edib ki, tərəflər birbaşa müharibəyə qayıtmaq istəmirlər, lakin qarşılıqlı etimadın olmaması uzunmüddətli sülh sazişinin imzalanmasını çətinləşdirir. Vasitəçilər danışıqları davam etdirsələr də, hələlik görüşün vaxtı və formatı ilə bağlı yekun qərar yoxdur.

"Nəticə etibarilə, indiki diplomatik fəallığı sülhə doğru qəti addım kimi deyil, gərginliyin idarə olunmasına yönəlmiş taktiki proses kimi qiymətləndirmək daha doğru olar. ABŞ və İran arasında əsas ziddiyyətlər nüvə proqramı, sanksiyalar, regional təsir uğrunda mübarizə və Hörmüz boğazının statusu – hələ də həll olunmayıb", — deyə o sonda vurğulayıb.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər