Mojo.az Banner
19:56 Cəlilabadda yaşayış evi yandı  |     19:56 Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək  |     19:51 Bu apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxıla biləcək  |     19:48 Təcili yardımın əməkdaşı vəfat edib - FOTO  |     19:37 Gədəbəydə güllələnmiş meyit tapıldı  |     19:24 Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi  |     19:15 Yardımlıda 8 kq narkotik vasitə aşkarlandı - VİDEO  |     19:10 1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO  |     19:03 Məşhur bloqer yol qəzasında öldü  |     18:59 ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb  |     18:57 Sabah 35° isti olacaq  |     18:46 Sinifdə elektron siqaret çəkənlər bu məktəbin şagirdləri imiş - VİDEO (YENİLƏNİB)  |     18:38 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var?  |     18:35 Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR  |     17:59 Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi  |     17:57 Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü - VİDEO  |     16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |    
Mojo.az Avto
Mojo.az Avto

Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA

13.08.2026 22:48 249
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
“Samux rayonunda bir şəxsdə qarayara xəstəliyinin laborator müayinələrlə təsdiqlənməsi ilə bağlı aparılan ilkin epidemioloji araşdırmalar zamanı həmin şəxsin iribuynuzlu heyvanla təmasda olduğu müəyyən edilib”.

Median.Az
xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Naziriyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova bildirib.

Onun sözlərinə görə, hadisə ilə əlaqədar təmasda olan şəxslər müəyyənləşdirilərək tibbi müşahidəyə götürülüb, zəruri laborator müayinələr aparılır və epidemioloji tədbirlər həyata keçirilir: “Hazırda əhali arasında qarayaranın yayılması müşahidə olunmur. Qarayara, əsasən, heyvanlardan insana keçən zoonoz xəstəlikdir və adi şəraitdə insandan-insana asanlıqla yayılan infeksiya deyil. Bu baxımdan Samuxda qeydə alınmış hadisə ilə əlaqədar əhali arasında narahatlığın yaranmasına əsas yoxdur. Bununla belə, xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək vacibdir”.

Şöbə müdiri deyib ki, qarayara “bacillus anthracis” bakteriyasının törətdiyi zoonoz infeksion xəstəlikdir: “Qarayaranın əsas təhlükəsi bəzi hallarda ağır klinik gedişə malik olması və infeksiyanın orqanizmə yayılaraq həyati təhlükəli fəsadlara səbəb ola bilməsidir. Bununla yanaşı, xəstəlik vaxtında aşkarlandıqda və müvafiq müalicəyə başlanıldıqda müalicə oluna bilər. Qarayara ciddi, lakin vaxtında aşkarlandıqda müalicə olunan xəstəlikdir. Müalicə olunmadıqda infeksiyanın qana yayılması, sepsis, meningit və digər həyati təhlükəli ağırlaşmalar inkişaf edə bilər. Lakin xəstəliyin vaxtında müəyyənləşdirilməsi və müalicəyə başlanılması ağırlaşma riskini əhəmiyyətli dərəcədə azaldır. Bu səbəbdən xəstəliyə şübhə yaradan əlamətlər olduqda tibbi yardıma vaxtında müraciət etmək mühüm əhəmiyyət daşıyır”.

Aytəkin Qurbanova qeyd edib ki, insanlar qarayaraya, əsasən, xəstə və ya tələf olmuş heyvanlarla, onların yoluxmuş toxumaları və məhsulları ilə təmas zamanı yoluxurlar: “Bakteriyanın sporları dəri üzərindəki kəsik və sıyrıqlardan orqanizmə daxil ola bilər. Yoluxmuş heyvanın çiy və ya kifayət qədər bişirilməmiş ətinin qəbul edilməsi də risk yaradır. Qarayaranın insandan-insana ötürülməsi olduqca nadir haldır. İnsanlarda qarayaranın əsasən dörd klinik forması ayırd edilir: dəri, mədə-bağırsaq, ağciyər və septik formalarıdır. Diaqnostika zamanı epidemioloji anamnez – şəxsin hansı qidanı qəbul etməsi, heyvanla təmasının olub-olmaması, heyvanın sağlamlıq vəziyyəti və digər məlumatlar mühüm əhəmiyyət daşıyır. Zəruri hallarda laborator müayinələr aparılır. Xəstəliyin inkubasiya dövrü yoluxma formasından və yoluxma şəraitindən asılı olaraq dəyişə bilər. Əksər halda xəstəliyin əlamətləri yoluxmadan bir neçə gün sonra meydana çıxır”.

O vurğulayıb ki, diaqnoz klinik əlamətlər, epidemioloji məlumatlar və laborator müayinələrin nəticələri əsasında müəyyən edilir: “Xəstəliyin formasından asılı olaraq dəridə olan yaradan, qandan və digər klinik materiallardan nümunələr götürülə bilər. Laborator diaqnostikada törədicinin müəyyənləşdirilməsi üçün bakterioloji, o cümlədən PCR müayinəsindən istifadə edilə bilər. Qarayara müalicə olunan xəstəlikdir. Xəstə mütləq şəkildə hospitalizasiya olunmalıdır. Müalicənin əsasını həkim tərəfindən təyin olunan antibiotik terapiyası təşkil edir”.

Aytəkin Qurbanova onu da bildirib ki, qarayara xəstəliyindən qorunmaq üçün əhali müəyyən qaydalara əməl etməlidir: “Baytarlıq nəzarətindən keçməmiş heyvan və ət məhsullarından istifadə etməmək, xəstə və ya səbəbi məlum olmayan şəkildə tələf olmuş heyvanlara toxunmamaq, kəsilməsinə və ətinin istifadəsinə yol verməmək, çiy və kifayət qədər bişirilməmiş ət qəbul etməmək, heyvanlarla təmas zamanı şəxsi gigiyena qaydalarına riayət etmək və müvafiq qoruyucu vasitələrdən istifadə etmək, heyvanın qəfil xəstələnməsi və ya tələf olması barədə baytarlıq xidmətinə məlumat vermək, şübhəli simptomlar yarandıqda dərhal tibb müəssisəsinə müraciət etmək lazımdır”.

Şöbə müdiri əlavə edib ki, respublikada istifadə olunan profilaktik peyvənd təqvimində qarayaraya qarşı peyvənd mövcud deyil: “Onu da qeyd edək ki, Samux rayonunda qeydə alınmış hadisə ilə əlaqədar təmasda olan şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə cəlb olunub və laborator müayinələr aparılır. Hazırda əhali arasında yayılma müşahidə olunmur və hadisə aidiyyəti qurumların nəzarətindədir. Əhali xəstə və ya tələf olmuş heyvanlarla və şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinməlidir. Eyni zamanda, təsdiqlənməmiş məlumatlara deyil, yalnız aidiyyəti dövlət qurumlarının rəsmi açıqlamalarına istinad etmək vacibdir. Qarayara ciddi, lakin qarşısı alına və müalicə oluna bilən xəstəlikdir. Samuxda bir yoluxma halının təsdiqlənməsi əhali arasında qarayaranın yayılması demək deyil. Hazırda əhali arasında xəstəliyin yayılması müşahidə olunmur və hadisə aidiyyəti qurumların nəzarətindədir”.скачать dle 11.3
Mojo.az Banner