Mojo.az — elanlar
Son Xəbərlər
13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı iş adamının sifarişli qətli ilə bağlı bir nəfər ölkəmizə ekstradisiya edildi

13.08.2026 16:50 663
Azərbaycanlı iş adamının sifarişli qətli ilə bağlı bir nəfər ölkəmizə ekstradisiya edildi
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Ruslan Əli oğlu Əsgərovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə 1981-ci il təvəllüdlü Ruslan Əli oğlu Əsgərovun sifarişlə qəsdən adam öldürməni təşkil etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Ruslan Əsgərov Moldova Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Qeyd edək ki, həmin cinayət işi üzrə daha əvvəl iki şəxs - Mehdiyev Elvin Qardaşəli oğlu (icraçı) və Yusifov Tural Ərəstun oğlu (köməkçi) barəsində ibtidai istintaq Samux Rayon Prokurorluğu tərəfindən yekunlaşdırılaraq cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Mehdiyev 18 il, T.Yusifov isə 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

Xatırladaq ki, Ruslan Əsgərov Ukraynada yaşayıb və oradan Azərbaycana köçərək məskunlaşan iş adamı Aytəkin Hüseynovun qətlinin sifarişində ittiham edilir.

Son xəbərlər