Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda mövcud epidemioloji vəziyyət AÇIQLANDI

13.08.2026 12:28 474
Azərbaycanda mövcud epidemioloji vəziyyət AÇIQLANDI
Son günlər Azərbaycanda hava qeyri-sabit keçsə də, temperatur dəyişiklikləri olsa da, hazırda ölkədə epidemioloji vəziyyətdə qeyri-adi artım və ya kəskin yoluxma dalğası müşahidə olunmur.

Median.Az
xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, ölkə ərazisində kəskin respirator virus infeksiyaları (KRVİ) ilə bağlı epidemioloji vəziyyət stabil və nəzarət altındadır:

"Havaların qeyri-sabit keçməsi, temperatur dəyişiklikləri, qapalı məkanlarda sıxlığın artması və havalandırmanın kifayət qədər olmaması tənəffüs yolu infeksiyalarının yayılması üçün əlverişli şərait yarada bilər. Hazırda ölkədə epidemioloji vəziyyətdə qeyri-adi artım və ya kəskin yoluxma dalğası müşahidə olunmur".

Bildirilib ki, nazirlik Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, ölkə üzrə epidemioloji monitorinqi davam etdirir, respirator infeksiyaların yayılma dinamikasını mütəmadi izləyir:

"Vətəndaşlara mövsümi infeksiyalardan qorunmaq üçün şəxsi gigiyena qaydalarına riayət etmək, qapalı məkanları mütəmadi havalandırmaq, xəstəlik əlamətləri (qızdırma, boğaz ağrısı, halsızlıq) müşahidə olunduqda mümkün qədər evdə qalmaq və özünümüalicə ilə məşğul olmayaraq vaxtında həkimə müraciət etmək tövsiyə olunur".

Son xəbərlər