Mojo.az Banner
18:20 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var  |     18:13 Milli Fəaliyyət Planı təsdiq edildi  |     17:54 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam  |     17:39 "Əli hər yerə girən" şəxs qadının 52 min manatını mənimsədi  |     17:31 Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır  |     17:30 Bakıda 18 yaşlı qızın meyiti tapıldı  |     17:14 Bakalavr təhsili 3 ilə endirilir: Təhsildə nələr dəyişəcək?  |     17:03 Braziliyada təyyarə qəzası: 3 nəfər öldü  |     16:56 Çaqqal dişləyibsə, nə etmək lazımdır? – VACİB AÇIQLAMA  |     16:54 Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq  |     16:53 Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarət altına alıb  |     16:33 Bakıda ərini öldürürərək həyətdə basdırmaqda təqsirləndirilən qadına hökm oxunub  |     16:26 "Fənərbağça"nın istefa verən baş məşqçisi yoxa çıxdı  |     16:21 Bakıda avtobus dayanacağının nişanı görünməz olub - FOTO  |     16:21 Qan və alkoqol testlərinə bir milyon manat xərclənəcək  |     16:13 Azərbaycanda nəqliyyat xidmətlərinin həcmi artıb  |     16:07 Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO  |     16:00 Günəşdə şiddətli partlayış ehtimalı var  |     15:55 Xaçmazda əməliyyat: Yeddi nəfər həbs edildi  |     15:47 Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yeni virus yayılıb? - Nazirlikdən AÇIQLAMA

01.05.2026 22:30 465
Azərbaycanda yeni virus yayılıb? - Nazirlikdən AÇIQLAMA
Bakıda hava şəraitinin gözlənilmədən sərin keçməsi fonunda respirator xəstəliklərə yoluxma halları artıb. Sosial şəbəkələrdə yayılan paylaşımlarda isə xəstəliyin adi qripdən fərqli olduğu və daha ağır simptomlarla müşayiət olunduğu iddia edilir. Xüsusilə güclü əzələ və sümük ağrılarından şikayət edənlərin sayı artmaqdadır. Bu vəziyyət əhali arasında yeni virusun yayılması ilə bağlı narahatlıqları gücləndirib.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Yenisabah.az-a açıqlıamasında hazırda ölkədə infeksiyalarla bağlı vəziyyətin stabil olduğunu bildirib.

“Səhiyyə Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin son açıqlamalarına görə, ölkədə respirator infeksiyalarla bağlı vəziyyət stabil və nəzarət olunan hesab edilir. Statistik baxımdan müraciətlərdə artım müşahidə olunsa da, bu, mövsümi dalğalanma çərçivəsindədir və epidemioloji həddi aşmayıb. Aprel ayında havaların qəfil soyuması və rütubətin artması bu tip virusların aktivləşməsi üçün təbii mühit yaradır. Bu infeksiyalar sümük-əzələ ağrıları və uzunmüddətli öskürəklə müşayiət oluna bilir. Belə ki, virus bədənə daxil olduqda intoksikasiya (zəhərlənmə) yaradır ki, bu da pasiyentlər tərəfindən "sümük sızlaması" və ya "əzələ qırılması" kimi hiss edilir. Bu, yeni bir virus deyil, sadəcə bu mövsümdə daha aktiv ştamdır. Mövcud hallar daha çox Mövsümi A qripi (hazırda ən çox rast gəlinən patogendir), Rinovirus və Adenovirus (Burun axması və boğaz ağrısı ilə müşayiət olunan "adi soyuqdəymə" halları), RSV Respirator Sinsitial virus kombinasiyası ilə əlaqələndirilir”, - o deyib.

Nazirlik bildirir ki, mövcud vəziyyət epidemioloji risk yaratmır və vətəndaşlara özbaşına müalicədən uzaq durmaq tövsiyə olunur:

“Bu virusların klinik mənzərəsi bir-birinə çox bənzədiyi üçün laborator analiz olmadan onları fərqləndirmək çətindir, lakin müalicə protokolları əsasən oxşardır (simptomatik müalicə). Hazırkı vəziyyət epidemioloji baxımdan təhlükəli hesab edilmir. Səhiyyə Nazirliyi əhaliyə özünümüalicədən çəkinməyi, xüsusilə antibiotiklərin virus xəstəliklərində təsirsiz olduğunu və vəziyyəti ağırlaşdıra biləcəyini xatırladırlar. Eyni zamanda qapalı məkanların tez-tez havalandırılması, şəxsi gigiyena və immuniteti gücləndirən qidalanmanı tövsiyə edir. Simptomlar (xüsusilə yüksək qızdırma və nəfəs darlığı) 3-4 gündən artıq davam edərsə, mütləq ailə həkiminə və ya poliklinikaya müraciət edilməlidir”.скачать dle 11.3
Mojo.az Banner