Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Suçiçəyi ilə bağlı narahatlıq - Səhiyyə Nazirliyindən açıqlama

06.04.2026 21:40 504
Suçiçəyi ilə bağlı narahatlıq - Səhiyyə Nazirliyindən açıqlama
Hazırda ölkə ərazisində uşaq və böyüklər arasında suçiçəyi xəstəliyinin yayılması ilə bağlı xəbərlər yayılıb. Həkim və bəzi tibb ekspertləri əhali arasında xəstəliyin yenidən alovlandığını iddia edirlər.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, suçiçəyi xəstəliyi mövsümi xarakter daşıyır və adətən payız-qış aylarında daha çox qeydə alınır.

Məlumata görə, hazırda ölkə üzrə xəstəliyin kütləvi yayılması halları müşahidə edilmir:

"Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yoluxucu xəstəliklərin profilaktikası istiqamətində mütəmadi tədbirlər davam etdirilir və epidemioloji vəziyyət daim nəzarətdə saxlanılır. Yoluxma riskinin azaldılması məqsədilə vətəndaşlara xəstə şəxslərlə təmasdan çəkinmək, əlləri mütəmadi yumaq, şəxsi gigiyena qaydalarına riayət etmək, xəstəlik əlamətləri müşahidə olunduqda isə vaxtında tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur", - məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner