Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Dərmanları yanlış vaxtda qəbul etmək təsirini azalda bilər - XƏBƏRDARLIQ

12.08.2026 18:03 318
Dərmanları yanlış vaxtda qəbul etmək təsirini azalda bilər - XƏBƏRDARLIQ
Dərmanların günün hansı saatında qəbul edilməsi onların effektivliyinə təsir göstərə bilər. Buna səbəb orqanizmin öz bioloji saatının olmasıdır.

Bu barədə tibb üzrə fəlsəfə doktoru Andrey Kondraxın Rusiya KİV-ə açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, dərmanların qəbul vaxtı xəstəliyin xüsusiyyətlərinə uyğun müəyyənləşdirilməlidir. Məsələn, arterial təzyiq bəzi insanlarda əsasən axşam və ya gecə yüksəlirsə, preparatların axşam saatlarında qəbulu tövsiyə oluna bilər.

Əgər təzyiq səhərdən axşama qədər yüksək qalırsa, həkim dərmanı gün ərzində iki dəfə qəbul etməyi və ya sutkada bir dəfə istifadə edilən uyğun preparat seçməyi nəzərdən keçirə bilər.

Həkimin sözlərinə görə, qalxanabənzər vəzə təsir edən hormonal preparatların da qəbul vaxtı önəmlidir. Belə dərmanların səhər erkən saatlarda qəbul edilməsi tövsiyə olunur.

Mütəxəssis həmçinin səyahət zamanı dərmanların qəbul rejiminə diqqət yetirməyin vacibliyini vurğulayıb. Başqa saat qurşağına keçdikdə orqanizmin bioloji ritmi dəyişə bilər və bəzi dərmanların qəbul vaxtının buna uyğunlaşdırılması lazım gələ bilər.

Qeyd edək ki, dərmanın qəbul saatını özbaşına dəyişmək olmaz. Xüsusilə təzyiq və hormonal preparatların rejimi həkimlə razılaşdırılmalıdır.

Son xəbərlər