Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Filippində daşqınlarda ölənlərin sayı artdı

11.08.2026 11:43 498
Filippində daşqınlarda ölənlərin sayı artdı
Filippin ərazisində cənub-qərb mussonunun təsiri və "Luis", eləcə də "Maymay" tropik qasırğalarının gətirdiyi güclü leysan nəticəsində ölənlərin sayı 19-a çatıb.

Bu barədə ölkənin Mülki Müdafiə İdarəsindən bildirilib.

Rəsmi qurumun açıqlamasında qeyd olunur ki, insan itkiləri, əsasən, dövlətin şimal bölgələrində - Risal, Batanqas və Benqet əyalətlərində baş verib. Ən çox ölüm halı isə böyük torpaq sürüşmələrinin yaşandığı Benqet əyalətində qeydə alınıb. Hazırda dörd nəfər itkin düşmüş hesab olunur, daha 15 vətəndaş isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Təbii fəlakət və kəskin hava şəraiti Manila paytaxt dairəsi də daxil olmaqla, Filippinin on regionunda 2.27 milyondan artıq sakinin həyatına mənfi təsir göstərib. Təhlükəsizlik məqsədilə fəaliyyətə başlamış 919 təxliyə mərkəzinə təxminən 95 min insan sığınıb.

Son xəbərlər