Mojo.az Banner
23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |     21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |    
Left Banner
Right Banner

Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?

08.08.2026 19:50 159
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?
2016-cı ilin Aprel döyüşlərində iştirak edən hərbi qulluqçuların bir qisminin müharibə veteranı statusu ala bilməməsi uzun müddətdir cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Xüsusilə həmin döyüşlərdə iştirak edən, lakin xəsarət almayan hərbçilərin veteranlıq hüququ ilə bağlı suallar yaranır.

Bəs qanunvericilik bu məsələyə necə yanaşır və Aprel döyüşlərinin iştirakçıları hansı hallarda müharibə veteranı hesab oluna bilərlər?

Median.Az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Turan Abdullazadə bildirib ki, müharibə veteranı statusunun verilməsi ilə bağlı qaydalar döyüşlərin keçirildiyi dövrdən asılı olaraq fərqlənir.

Onun sözlərinə görə, “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri haqqında Əsasnamə”yə əsasən, 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən və ya döyüş zonasına ezam olunan şəxslər, iştiraklarını təsdiqləyən müvafiq sənədlər olduğu halda, müharibə veteranı statusu ala bilərlər.

Hüquqşünas qeyd edib ki, belə sənədlərə müvafiq arayışlar, icra hakimiyyətinin siyahıları, əmrdən çıxarışlar, arxiv sənədləri və şəxsin döyüş əməliyyatlarında iştirakını təsdiqləyən digər sənədlər aid edilir.

Turan Abdullazadənin sözlərinə görə, 1994-cü il mayın 12-dən sonrakı dövr üçün isə veteran statusunun verilməsi ilə bağlı fərqli meyar müəyyənləşdirilib:

“1994-cü il mayın 12-dən sonra döyüş tapşırığının yerinə yetirilməsi zamanı döyüş əməliyyatlarında iştirak edən və həmin əməliyyatlar zamanı xəsarət alan, yəni yaralanma, travma və ya kontuziya alan hərbi qulluqçular müharibə veteranı hesab edilirlər. Yəni 1994-cü il mayın 12-dən sonra yalnız döyüş əməliyyatlarında iştirak etmək veteran statusunun verilməsi üçün kifayət etmir. Bununla yanaşı, döyüş zamanı yaralanma, travma və ya kontuziya faktı da olmalıdır”.

Hüquqşünas vurğulayıb ki, bu halda iki şərtin eyni vaxtda mövcudluğu tələb olunur: hərbi qulluqçu döyüş əməliyyatlarında iştirak etməli və həmin əməliyyatlar zamanı xəsarət almalıdır.

Bu baxımdan, 2016-cı ilin Aprel döyüşlərinin iştirakçıları ilə bağlı mübahisənin əsas səbəbi də məhz bu hüquqi tələbdir. Aprel döyüşləri 1994-cü il mayın 12-dən sonrakı dövrə təsadüf etdiyindən, həmin döyüşlərdə iştirak faktı öz-özlüyündə veteran statusunun əldə edilməsi üçün kifayət etmir. Qanunvericiliyə əsasən, hərbi qulluqçunun döyüş zamanı yaralanması, travma və ya kontuziya alması faktı da nəzərə alınır.

2020-ci il döyüşçüləri üçün fərqli qayda

Turan Abdullazadə, həmçinin, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarının iştirakçıları üçün fərqli qaydanın tətbiq edildiyini bildirib.

Belə ki, həmin dövrdə gedən döyüş əməliyyatlarında iştirak edən şəxslərə xəsarət alıb-almamasından asılı olmayaraq müharibə veteranı statusu verilir.

Beləliklə, qanunvericilikdə müxtəlif dövrlərdə baş vermiş döyüş əməliyyatlarının iştirakçıları üçün fərqli meyarların müəyyənləşdirilməsi Aprel döyüşlərində iştirak edən hərbçilərin veteranlıq məsələsinə də birbaşa təsir edir.

Əsas fərq ondan ibarətdir ki, 1994-cü il mayın 12-dən sonrakı döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçular üçün təkcə döyüşdə iştirak faktı deyil, eyni zamanda həmin döyüşlər zamanı xəsarət alma faktı da tələb olunur.

Bu səbəbdən, Aprel döyüşlərində iştirak etmiş hərbi qulluqçunun veteran statusu əldə etməsi üçün yalnız döyüşlərdə iştirak etdiyini təsdiqləməsi kifayət etməyə bilər. Mövcud qaydalara əsasən, müvafiq hallarda yaralanma, travma və ya kontuziya faktının da təsdiqlənməsi tələb olunur.
скачать dle 11.3
Mojo.az Banner