Mojo.az — elanlar
Son Xəbərlər
19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |     19:30 Sabah yağış yağacaq  |     19:24 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     19:15 Salyanda kişini "tok" vurub öldürdü  |     19:10 “Spotify” 50 milyondan çox mahnını sildi  |     19:02 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı  |     18:40 Vətən müharibəsi qazisinin qətlə yetirilməsinin yeni təfərrüatı  |     18:36 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı  |     17:27 Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar  |     17:17 Tiktoker "İsican" həbs edildi  |     16:49 Azərbaycanda bəzi mənzillər bahalaşacaq  |     16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |    
Mojo.az Avto
Mojo.az Avto

Gecələr tez-tez oyanmağın üç qeyri-aşkar səbəbi

06.08.2026 11:30 453
Gecələr tez-tez oyanmağın üç qeyri-aşkar səbəbi
Gecə tez-tez oyanmağın səbəbi yalnız səs-küy, parlaq işıq, narahat yataq dəsti və ya gec saatlarda içilən qəhvə deyil.

Rusiyalı terapevt Maksim Qubka Lenta.ru-ya müsahibəsində yuxunun pozulmasının üç qeyri-aşkar səbəbini açıqlayıb.

Həkim gecə oyanmalarının ən gözlənilməz səbəblərindən biri kimi gizli susuzlaşmanı göstərib.

"Gün ərzində kifayət qədər maye qəbul edilməməsi gecə susuzluq və ağızda quruluqla müşayiət oluna bilər. Axşam saatlarında həddindən artıq maye qəbulu isə ayaqyoluna getmək zərurəti səbəbindən tez-tez oyanmalara gətirib çıxara bilər", - deyə o bildirib.

Maksim Qubkanın sözlərinə görə, problemin digər səbəbi gizli ağrı sindromu və visseral pozuntular (vegetativ sinir sistemi tərəfindən idarə olunan daxili orqanların - mədə, bağırsaq, qaraciyər, ürək və ağciyərlərin fəaliyyətindəki pozuntulardır. Bu hallar ağrı, spazm, ürəkbulanma, qan təzyiqinin kəskin artması və ya nəfəs almaqda çətinlik kimi əlamətlərlə özünü göstərə bilər və çox vaxt stres, onurğa xəstəlikləri və ya infeksiyalar səbəbindən yaranır - red.) ola bilər.

O vurğulayıb ki, onurğada və ya oynaqlarda əhəmiyyətsiz görünən, lakin davamlı olan ağrılar, bağırsaq kolikləri (bağırsaq sancıları), qastroezofageal reflüks və ya qaraciyər nahiyəsində narahatlıq heç də həmişə yuxusuzluğun səbəbi kimi qəbul edilmir. Lakin həkimin sözlərinə görə, bədən vəziyyətinin dəyişməsi zamanı və ya yuxunun daha dərin mərhələlərinə keçərkən bu hisslər güclənə və oyanmalara səbəb ola bilər.

Maksim Qubka qeyd edib ki, gecələr tez-tez oyanmaq həmçinin narahatlıq və stresin nəticəsi ola bilər. O izah edib ki, xroniki psixoemosional gərginlik hormonal balansı, ilk növbədə, kortizol və adrenalinin səviyyəsini dəyişdirir. Buna görə də gün ərzində narahatlıq idarəolunan görünsə belə, gecə orqanizm bunun əvəzini tez-tez oyanmalar, kabuslar və yuxunun fraqmentasiyası (parçalanması) ilə ödəyə bilər.

Son xəbərlər