Mojo.az Banner
22:14 “Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə  |     22:06 Bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılacaq  |     22:00 Azərbaycanda bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir  |     21:53 "Arzum 40 dəqiqə hadisə yerində olub" - Tiktokerin məhkəməsində şahid danışdı  |     21:48 Polis itkin düşmüş kimi axtarılan 10 nəfəri tapdı  |     21:40 İqnatsio Kassis Azərbaycana gələcək  |     21:35 Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən var  |     21:26 Şəmkirdə 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     21:21 Azərbaycanda inflyasiya nə qədər olacaq? - Proqnoz artırıldı  |     21:15 Fasadı uçulub tökülən körpü təhlükə saçır - VİDEO  |     21:06 Texnologiya bazarında yeni böhran: Yaddaş çipləri niyə çatışmır?  |     20:57 Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq (TƏFƏRRÜAT)  |     20:44 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib  |     20:25 "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi  |     19:59 Mütəlim Dəmirovun avtomobilini vurub qaçıblar  |     19:39 "Port Baku"da ev yanır - VİDEO  |     19:36 Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı  |     19:34 Yeddi körpənin yanaraq öldüyü mərkəz təmir ediləcək  |     19:11 Alı Alıyev özünə yeni köməkçi təyin etdi  |     18:50 Son bir həftədə təbiətə 228 min ziyan vuruldu  |    
Left Banner
Right Banner

Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq (TƏFƏRRÜAT)

31.07.2026 20:57 129
Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq (TƏFƏRRÜAT)
Özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək müxtəlif vətəndaşların etibarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitini ələ keçirməkdə təqsirləndirilən Vüsal Bağırovun cinayət işi üzrə hökm elan olunub.

Qaynarinfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə Vüsal Bağırov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (təkrar, külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə təqsirli bilinib. Məhkəmə ona əvvəlcə 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Daha sonra Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq olunaraq Şəki Apellyasiya Məhkəməsinin əvvəlki hökmü ilə təyin edilmiş 1 il 10 aylıq cəza qismən toplanılıb və nəticədə Vüsal Bağırova qəti olaraq 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Cinayət işi materiallarına əsasən, Vüsal Bağırov 2018–2023-cü illər ərzində Bakı, Abşeron, Sumqayıt və digər ərazilərdə yaşayan çoxsaylı şəxslərlə tanışlıq və etibar münasibətlərindən istifadə edərək onların mənzillərini təmir etdirəcəyini, bəzi hallarda isə fərdi yaşayış evləri tikəcəyini vəd edib. O, tikinti materiallarının alınacağını, ustalara ödəniş ediləcəyini və işlərin qısa müddətdə başa çatdırılacağını bildirərək zərərçəkmişlərdən hissə-hissə külli miqdarda pul alıb.

İstintaqın müəyyən etdiyi epizodlara görə, Bağırov aldığı vəsaitin böyük hissəsini şəxsi ehtiyaclarına sərf edib və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Bir sıra ünvanlarda təmir işlərinə ümumiyyətlə başlamayıb, bəzi hallarda isə cüzi həcmdə iş gördükdən sonra müxtəlif bəhanələrlə zərərçəkmişlərdən əlavə vəsait tələb edib. Pul vəsaitləri ona həm nağd şəkildə verilib, həm də bank kartlarına köçürmə, "MilliÖn", "eManat" və "mPay" vasitəsilə göndərilib.

İş üzrə 20-dən çox dələduzluq epizodu müəyyən edilib. Məhkəmə materiallarına əsasən, zərərçəkmişlərdən biri 115 min 800 manat, digəri 79 min 820 manat, daha biri isə 75 min manat məbləğində ziyana məruz qalıb. Bundan başqa, 32 min 740, 29 min, 22 min 500, 22 min 400, 21 min, 20 min, 16 min, 14 min, 12 min, 11 min 500, 11 min, 10 min 800, 9 min 500, 8 min 750, 8 min 580, 6 min 855, 6 min 670, 5 min 900 və 3 min manat məbləğində zərər vurulduğu müəyyən olunub.

İstintaq materiallarından məlum olub ki, ən iri dələduzluq epizodlarından biri Şüvəlan qəsəbəsində fərdi yaşayış evinin tikintisi ilə bağlı olub. Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda ümumilikdə 115 min 800 manat ödəsə də, ev tikilib başa çatdırılmayıb.

Digər iri epizodlardan biri Sabunçu rayonu ərazisində yerləşən üç mənzilin təmiri ilə bağlı olub. Bu iş üzrə zərərçəkmiş şəxs müxtəlif vaxtlarda nağd şəkildə, bank kartları və ödəniş terminalları vasitəsilə ümumilikdə 79 min 820 manat ödəyib. Lakin vəd olunan təmir işləri yerinə yetirilməyib.

Bundan başqa, "Caspian Park" yaşayış kompleksində yerləşən mənzilin təmiri adı ilə 75 min manat, Binəqədi rayonundakı mənzilin əsaslı təmiri adı ilə 32 min 740 manat, beşotaqlı mənzilin təmiri adı ilə 29 min manat, Buzovna və digər ərazilərdə isə fərdi yaşayış evlərinin tikintisi və təmiri adı ilə on minlərlə manat vəsaitin ələ keçirildiyi müəyyən edilib.

Məhkəmə baxışı zamanı Vüsal Bağırov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Buna baxmayaraq, məhkəmə zərərçəkmişlərin ifadələrini, bank köçürmələrini, ödəniş qəbzlərini, digər sənədləri və iş üzrə toplanmış sübutları araşdıraraq onun təqsirinin tam sübuta yetirildiyi qənaətinə gəlib.

Hökmə əsasən, Vüsal Bağırovun həbsdə saxlanıldığı 1 ay 27 gün təyin olunmuş cəza müddətindən çıxılıb. Beləliklə, onun çəkilməli olduğu cəza müddəti 6 il 10 ay 3 gün azadlıqdan məhrumetmə cəzası olaraq müəyyən edilib.скачать dle 11.3
Mojo.az Banner