Mojo.az Banner
21:45 Kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - AÇIQLAMA - VİDEO  |     21:40 Milli Qvardiyanın yaradıcısı polkovnik Azər Babayev vəfat edib  |     21:34 Samir Tağızadə ölkə üzrə yeganə 700 bal toplayan abituriyent oldu  |     21:26 Sun Cun: "Azərbaycan regionun sabitliyinin möhkəmləndirilməsinə dəyərli töhfələr verib"  |     21:21 Qaqik Xaçatryan: "Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir, bizə çox mehriban münasibət göstərirlər"  |     21:13 Qida ekspertindən saxta kürü xəbərdarlığı: Kimlər diqqətli olmalıdırlar?  |     21:08 Fransada meşə yanğınlarını qəsdən törətməkdə şübhəli bilinən gənc həbs edilib  |     21:00 "Araz-Naxçıvan" 2026/27 mövsümündə rəqiblərini bu stadionda qəbul edəcək  |     20:54 Göyçayda yaşıllığa qarşı "soyqırım"la bağlı araşdırma başladı - 1 nəfər saxlanıldı  |     20:44 İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu  |     20:35 Bakıda bəy-gəlin rəqslərinin qiymətləri (SİYAHI)  |     20:22 Rəis müavini olmaq istədi, 64 min manat pul verdi  |     20:17 "Qəbələ"də portuqaliyalı vinger - Rəsmi  |     20:09 5 səhv sual müəllimlərin xeyrinə hesablandı  |     20:01 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb  |     19:56 Tranzit daşımalarda eTIR sisteminin tətbiqinə başlandı  |     19:50 Sabah 40 dərəcə isti olacaq  |     19:43 Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO  |     19:38 Azərbaycanın sığorta bazarı böyüyüb  |     19:30 "Aşur" məscidi muzeyə çevrilib? - RƏSMİ AÇIQLAMA  |    
Left Banner
Right Banner

Rəis müavini olmaq istədi, 64 min manat pul verdi

28.07.2026 20:22 111
Rəis müavini olmaq istədi, 64 min manat pul verdi
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində yüksək vəzifəyə təyinat vədi ilə vətəndaşdan 64 min manatdan çox pul almaqda təqsirləndirilən iki nəfərin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Qaynarinfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) ilə təqsirli bilinib.

Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxslər zərərçəkmişə oğlunun Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində rəis müavini vəzifəsinə təyin ediləcəyini vəd ediblər. Bu məqsədlə onlar müxtəlif vaxtlarda zərərçəkmişdən ümumilikdə 64 min 75 manat alıblar.

İş materiallarına əsasən, pul vəsaitinin bir hissəsi Bakıda Montin bağı və "Qəsr” restoranında keçirilən görüşlər zamanı nağd şəkildə verilib, digər hissəsi isə təqsirləndirilən şəxslərin istifadə etdikləri bank kartlarına köçürülüb.

Zərərçəkmiş məhkəmədə ifadəsində bildirib ki, oğlunun dövlət qurumunda yüksək vəzifəyə təyin olunacağına inanaraq tələb olunan məbləği hissə-hissə ödəyib. Lakin sonradan nə verilən vəd yerinə yetirilib, nə də pullar geri qaytarılıb. Bundan sonra o, hüquq-mühafizə orqanlarına müraciət edib.

Təqsirləndirilən şəxslər isə məhkəmədə özlərini təqsirli bilməyiblər. Onlardan biri pul almadığını və yalnız tərəfləri tanış etdiyini iddia edib. Digəri isə vəzifəyə təyin olunacağı ilə bağlı heç kimə qəti söz vermədiyini, sadəcə məsələ ilə maraqlanacağını bildirdiyini deyib.

Məhkəmə şahid ifadələrini, bank köçürmələrini, ödəniş qəbzlərini və digər sübutları araşdırdıqdan sonra ittihamın tam sübuta yetirildiyi qənaətinə gəlib.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Cinayət Məcəlləsinin 70.1-ci maddəsi (şərti məhkum etmə) tətbiq olunaraq cəza şərti hesab edilib və ona 2 il sınaq müddəti təyin olunub.

Digər təqsirləndirilən şəxsə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Əvvəlki məhkumluğu nəzərə alınaraq cəzalar qismən toplanılıb, şübhəli şəxs qismində saxlanıldığı 2 gün ümumi cəzadan çıxılıb. Nəticədə ona qəti olaraq 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.скачать dle 11.3
Mojo.az Banner