Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

Özünü agentlik rəhbəri kimi təqdim edərək 227 min manatlıq dələduzluq edən şəxslə bağlı qərar çıxarıldı

11.02.2026 13:09 276
Özünü agentlik rəhbəri kimi təqdim edərək 227 min manatlıq dələduzluq edən şəxslə bağlı qərar çıxarıldı
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Nizami Piriyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Nizami Piriyev ayrı-ayrı vaxtlarda özünü müxtəlif dövlət və hüquqi qurumların icraçı direktoru kimi təqdim edərək bir neçə şəxsə qarşı dələduzluq əməlləri törədib.

Belə ki, o özünü zərərçəkmiş D.D.-yə dövlət agentliklərindən birinin icraçı direktoru kimi təqdim edərək, onun etibarından sui-istifadə edib. Nizami Piriyev zərərçəkmiş şəxsin Xaçmaz rayonu, Aşağı Ləgər kəndi ərazisində icarə müqaviləsi əsasında istifadə etdiyi kənd təsərrüfatı təyinatlı örüş sahəsini guya xüsusi mülkiyyətinə keçirməyə kömək edəcəyini vəd edib. Bu məqsədlə o, 2019-cu ilin avqust ayında sözügedən kənd ərazisində D.D.-dən 7 000 manat pul vəsaitini alaraq ələ keçirib. Sonradan verdiyi vədlərin yalan olduğu müəyyən edilib və bununla da zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurulub.

Araşdırmalar zamanı məlum olub ki, Nizami Piriyev analoji cinayət əməllərini zərərçəkmiş F.F.-yə qarşı da təkrarən törədib. Belə ki, bu dəfə o özünü Azərbaycan Respublikasının Mübahisəli Məsələlərin Hüquqi Həlli üzrə Agentliyin Şimal bölgəsi üzrə icraçı direktoru kimi təqdim edib. Zərərçəkmiş şəxsin etibarını qazanmaq məqsədilə ona Qusar rayonu, Yasaboba kəndi ərazisində yerləşən 45 hektar torpaq sahəsini göstərərək həmin ərazini satacağını bildirib. Bu yalan vədlərlə Nizami Piriyev əvvəlcə 2021-ci il sentyabrın 1-də Quba rayonu, Aşağı Altuc kəndi ərazisində F.F.-dən 10 000 manat, daha sonra 2021-ci il sentyabrın 10-da tarixdə Xaçmaz şəhərində əlavə olaraq 100 000 manat, sonuncu dəfə isə 2022-ci il martın 2-də Quba-Xaçmaz avtomobil yolunun Quba rayonu, Bağbanlı kəndi ərazisindən keçən hissəsində 110 000 manat pul vəsaiti alıb. Beləliklə, Nizami Piriyev ümumilikdə 220 000 manat məbləğində pul vəsaitini ələ keçirərək, F.F.-yə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq edib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizami Piriyev Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Məhkəmə ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Hökmə əsasən, CM-in 66.5-ci maddəsi tətbiq olunmaqla, Xaçmaz Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 il 8 ay azadlığın məhdudlaşdırılması cəzası, CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq hesablanıb və 10 ay azadlıqdan məhrumetmə cəzası kimi müəyyən edilib. Yeni təyin olunmuş cəza ilə qismən toplamaqla Nizami Piriyevin barəsində 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Birinci instansiya məhkəməsinin bu hökmündən Nizami Piriyev və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilib. Təqsirləndirilən şəxs cinayət işinə yenidən baxılmasını, müdafiəçi isə hökmün ləğv edilərək məhkuma bəraət verilməsini xahiş edib. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilib. Belə ki, apellyasiya instansiyası məhkəməsi hökmün cəza təyini hissəsində dəyişiklik edərək, onun cəzasını 5 il 3 ay 20 günə endirib. Apellyasiya instansiyası məhkəməsinin qərarından sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.скачать dle 11.3
Mojo.az Banner