Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI |
Mojo.az Avto
Mojo.az Avto

Kafedə pivə içib dalaşdılar: Şüşə parçası ilə tanışını yaraladı

31.07.2026 12:24 444
Kafedə pivə içib dalaşdılar: Şüşə parçası ilə tanışını yaraladı
Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Səyyad Tağıyevin (soyadı şərtidir - red.) barəsindəki cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama əsasən, hadisə Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən kafelərdən birində baş verib.

Belə ki, Səyyad Tağıyev gecə kafedə tək oturaraq pivə içib. Bir müddət sonra tanışları olan iki nəfərin dəvəti ilə onların masasına keçərək birlikdə vaxt keçirib. Bu zaman kafedə başqa masada əyləşən, əvvəldən tanıdığı zərərçəkmiş Tural Malikovla (soyadı şərtidir - red.) aralarında gərginlik yaranıb.

Zərərçəkmiş şəxs alkoqollu içkinin təsiri altında təqsirləndirilən şəxsi və onun ailə üzvlərini təhqir edib. Səyyad Tağıyev mübahisənin böyüməsinin qarşısını almaq məqsədilə onu kafedən çölə çıxararaq sakitləşdirmək və oradan uzaqlaşdırmaq istəyib. Lakin küçədə də qarşıdurma davam edib. Tural yenidən nalayiq ifadələr işlədib və təqsirləndirilən şəxsə hücum edərək baş nahiyəsinə zərbə endirib. Bundan sonra tərəflər arasında əlbəyaxa dava başlayıb.

Qarşılıqlı itələşmə zamanı hər iki şəxs köşkün şüşəsinə çırpılıb və şüşə sınıb. Səyyad Tağıyev həmin anda sınmış şüşə parçasını götürərək Turalın qarın nahiyəsinə bir dəfə zərbə endirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş şəxsə döş və qarın boşluğuna nüfuz edən, diafraqma və nazik bağırsağın zədələnməsi, soltərəfli hemopnevmotoraksla müşayiət olunan, həyat üçün təhlükəli hesab edilən ağır bədən xəsarəti yetirilib.

İbtidai istintaq orqanı Səyyad Tağıyevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürüb.

Məhkəmə baxışı zamanı Səyyad Tağıyev özünü ittihamda qeyd edilən formada təqsirli bilmədiyini deyib.

Son xəbərlər