Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

20 manata görə sevgilisinə şüşə ilə xəsarət yetirən qadına HÖKM OXUNDU

29.12.2025 13:51 504
20 manata görə sevgilisinə şüşə ilə xəsarət yetirən qadına HÖKM OXUNDU
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Bənövşə Bəkirovanın (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Bənövşə Bəkirova 4 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq olunmaqla, Bənövşə Bəkirovaya təyin olunmuş cəzanın çəkilməsi himayəsində olan 2023-cü ildə anadan olmuş uşağı 14 yaşına çatanadək, yəni 2037-ci il martın 20-dək təxirə salınıb.

İttihama görə, hadisə 2025-ci il iyulun 14-də saat 17 radələrində Qazax rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bənövşə Bəkirova qohumuna məxsus evin həyətində qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı zərərçəkmiş Nahid Budaqovla (adı və soyadı şərtidir) aralarında yaranmış mübahisə zamanı ona ağır xəsarətlər yetirib.

İstintaqla müəyyən edilib ki, zərərçəkmiş şəxsin ondan 20 manat pul tələb etməsi, təqsirləndirilən şəxsin isə bu tələbi rədd edərək nalayiq məzmunlu cavab verməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində münaqişə yaranıb. Mübahisə zamanı Bənövşə qisas almaq məqsədilə evin pəncərəsinə bayır tərəfdən söykənmiş vəziyyətdə olan məişət güzgüsünü sındırıb, onun iti uclu qırığını silah qismində istifadə edərək Nihada hücum edib və kişinin qarın nahiyəsindən bir dəfə qəsdən zərbə endirib.

Nəticədə zərərçəkmiş şəxsə qəsdən sağlamlığa ağır zərər yetirib.

Son xəbərlər