Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

KMBİ vətəndaşların kart məlumatlarını ələ keçirən iki şəxsi saxlayıb - Video

30.07.2026 21:03 654
KMBİ vətəndaşların kart məlumatlarını ələ keçirən iki şəxsi saxlayıb - Video
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) müxtəlif alış-veriş platformaları, həmçinin bank və bank olmayan kredit təşkilatlarına məxsus internet səhifələrini təqlid edən saxta fişinq saytlar yaradaraq vətəndaşların kart məlumatlarını ələ keçirən daha iki şəxsi saxlayıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, kiberpolisin keçirdiyi əməliyyat-axtarış və texniki tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Məhəmməd İbadov və Hüseyn Kazımov məsuliyyətə cəlb ediliblər.

Araşdırmalarla müəyyən edilib ki, H.Kazımov və M.İbadov "Telegram" platformasında kompüter, notbuk və mobil telefonların guya böyük endirimlərlə satıldığı, eləcə də sərfəli şərtlərlə kreditlərin təqdim edildiyi barədə saxta elanlar yerləşdiriblər.

Onlar hazırladıqları saxta elanların daha çox istifadəçiyə çatdırılması məqsədilə ödənişli internet reklamlarından istifadə ediblər.

Elanlara daxil olan vətəndaşlar endirimli xidmətlərdən yararlanacaqlarını düşünərək saxta səhifələrdə bank kartı məlumatlarını daxil etdikdən sonra bu informasiyalar dərhal şübhəli şəxslərin əlinə keçib. Bununla da kiberdələduzlar həmin kart məlumatlarından istifadə etməklə zərərçəkmişlərin hesablarında olan pul vəsaitlərini oğurlayıblar. Onlar ifşa olunmamaq üçün vəsaitləri müxtəlif mərc oyunları platformalarına və ya faktiki olaraq nəzarətlərində olan kartlara köçürüblər. H.Kazımov və M.İbadovun bu üsulla yüzlərlə vətəndaşa maddi ziyan vurduqları müəyyən edilib. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların törətdikləri əlavə analoji faktların, eləcə də cinayət sxemində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.

Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, internet üzərindən təqdim olunan endirimli satış və ya sərfəli kredit təklifləri ilə rastlaşan zaman ehtiyatlı olsunlar. Bank kartı məlumatlarını yalnız rəsmi internet səhifələrinə daxil etsinlər, ünvan sətrini diqqətlə yoxlasınlar və kartın CVV, həmçinin SMS təsdiq kodunu heç bir halda üçüncü şəxslərlə paylaşmasınlar. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına məlumat vermək tövsiyə olunur.

Son xəbərlər