Mojo.az Banner
16:52 "Neftçi"nin məğlub olacağını deyən dostunu küçədə döydü  |     16:49 Azərbaycanda viza ilə bağlı yenilik olacaq  |     16:44 V qrupda qabiliyyət imtahanı tələb olunmayan ixtisaslar üzrə qəbul planı açıqlandı  |     16:42 AFFA-dan özünə xəsarət yetirən futbolçuya ağır cəza  |     16:35 Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq  |     16:25 Aviabiletlər daha əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək  |     16:15 Bakıda uşaq xəstəxanasında antisanitar şərait - FOTOLAR  |     15:55 Göyçayda stadionda faciə: 60 yaşlı kişi idman edərkən öldü  |     15:45 Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verildi  |     15:36 Rusiya hərbçiləri iki yaşayış məntəqəsini nəzarətə götürüblər  |     15:32 Hava limanında saxlanılıb həbs edilən "By Ella" azadlığa buraxıldı  |     14:47 22 yaşlı fenomen motosiklet qəzasında həlak oldu  |     14:46 Gecə saatlarında Moskva bölgəsinə təxminən 250 dron uçub  |     14:38 "Qarabağ"ın Konfrans Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?  |     14:30 "Xaricdə iş" vədi ilə vətəndaşları aldadan şirkət rəhbərinə hökm oxundu  |     14:07 "Tiktok"er "Bəniz" apellyasiya şikayəti verdi  |     13:59 Şəmkirdə bədbəxt hadisə baş verib  |     13:54 Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı  |     13:46 Ərini öldürüb yaşadığı həyətdə basdıran qadının məhkəməsi oldu  |     13:39 İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi  |    
Left Banner
Right Banner

Böyük fişinq şəbəkəsi çökdürüldü: 400 min manatlıq kiberdələduzluq

03.02.2026 17:18 405
Böyük fişinq şəbəkəsi çökdürüldü: 400 min manatlıq kiberdələduzluq
Bank və bank olmayan kredit təşkilatlarının fişinq səhifələrini yaradan haker şəbəkəsi ifşa edilib

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KBMİ) bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyat keçirib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, əməliyyat-texniki tədbirlər zamanı bir qrup zərərçəkənin kart məlumatlarının ələ keçirilməsinin üsul və vasitələrində oxşar elementlər aşkar edilib. Tədbirlərin davamı olaraq 500-ə yaxın şəxsə qarşı qabaqcadan əlbir olaraq kiberdələduzluqlar edən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıblar.

Müəyyən edilib ki, bu şəxslərin yaratdıqları fişinq səhifələrinin həqiqi elektron ünvanlarla vizual bənzərliyinə aldanan zərərçəkənlər qarşılarına çıxan saxta elanların real olduğuna inanıb və aşağı faizli kredit təkliflərinə aldanaraq müraciət ediblər. Bundan sonra isə vətəndaşlar onlardan tələb olunan kart məlumatları, yəni CVV və OTP təhlükəsizlik kodlarını K.Qasımovla İ.İşməmmədova göndəriblər. Vətəndaşların kart məlumatlarını ələ keçirən K.Qasımov və İ.İşməmmədov asanlıqla onların hesabına daxil olub və maddi vəsaitləri talayıblar. Onlar "izi" itirmək məqsədi ilə həmin pulları qanunsuz onlayn kazino oyunlarına və müxtəlif hesablara köçürərək nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində indiyə qədər bu yolla 400 min manata yaxın maddi vəsaiti ələ keçirdiklərini bildiriblər. Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, K.Qasımov və İ.İşməmmədov cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və ya bu kimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına müraciət edilməlidir. Həmçinin şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, risk ehtimalı olan hallarla qarşılaşdıqda isə dərhal bu barədə polisə məlumat verilməlidir.скачать dle 11.3
Mojo.az Banner