Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sun Cun: "Azərbaycan regionun sabitliyinin möhkəmləndirilməsinə dəyərli töhfələr verib"

28.07.2026 21:26 513
Sun Cun:
"Çin ilə Azərbaycan arasında qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsiplərinə əsaslanan möhkəm və daim inkişaf edən tərəfdaşlıq münasibətləri mövcuddur".

Bu sözləri Çin Xalq Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi Sun Cun deyib.

O bildirib ki, hərbi sahədə mübadilə və əməkdaşlıq ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsini təşkil edir:

"İllər ərzində silahlı qüvvələrimiz yüksəksəviyyəli səfərlər, peşəkar dialoq, hərbi qulluqçuların hazırlığı və ortaq maraq doğuran sahələrdə əməkdaşlıq vasitəsilə dostluq əlaqələrini davamlı şəkildə inkişaf etdirib. Bu mübadilələr qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət etmiş və gələcək əməkdaşlığın inkişafı üçün etibarlı zəmin yaradıb".

"Çin Azərbaycanın regional əlaqəliliyin təşviqi və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində fəal rolunu yüksək qiymətləndirir. Avropa ilə Asiyanın qovşağında yerləşən mühüm ölkə kimi Azərbaycan regionun inkişafına və sabitliyinin möhkəmləndirilməsinə dəyərli töhfələr verib. Əməkdaşlığımızı daha da dərinləşdirmək, regionda və onun hüdudlarından kənarda sülh və rifahın möhkəmlənməsinə yeni töhfələr vermək naminə birgə fəaliyyətimizi davam etdirməyə ümid edirik", - attaşe deyib.

Son xəbərlər