Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ceffri Epşteynin mirasının potensial varisinin adı məlum oldu

27.07.2026 12:46 591
Ceffri Epşteynin mirasının potensial varisinin adı məlum oldu
ABŞ-li maliyyəçi və cinsi cinayətlərdə təqsirləndirilən Ceffri Epşteynin sərvətinin potensial varisinin əslən Belarusdan olan Karina Şulyak olduğu bildirilir.

Bu barədə "The New York Times" (NYT) nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, Şulyak 2019-cu ildə Epşteynin həbsxanada ölümündən əvvəl əlaqə saxladığı sonuncu şəxs olub. Hüquq-mühafizə orqanlarının araşdırmalarına əsasən, qadının 100 milyon dollara qədər miras əldə etmək ehtimalı var.

Əvvəllər stomatoloq kimi çalışan 37 yaşlı qadın maliyyəçi ilə 21 yaşında tanış olub. Epşteynlə uzunmüddətli münasibətlərinə baxmayaraq, onun barəsində heç bir iş açılmayıb və o, özünü maliyyəçinin qurbanı adlandırmayıb.

Üzə çıxan yazışmalarda Epşteynin Şulyaka stomatologiya məktəbinə daxil olmaqda və ABŞ vətəndaşlığı almaqda necə köməklik etdiyinə dair detallar var. Epşteynin fikrincə, o dövrdə "Green Card" almağın ən sürətli yolu eynicinsli nikah bağlamaq idi.

NYT qeyd edir ki, bu il Konqres Epşteyni immiqrasiya sistemindən sui-istifadədə ittiham edib və Şulyakın bir amerikalı ilə nikahını ehtimal ki saxta adlandırıb, lakin rəsmilər qadının vətəndaşlıq alma prosedurunu mübahisələndirməyiblər.

Şulyakın rəfiqəsinin qəzetə verdiyi məlumata görə, əvvəlcə Epşteyn belaruslu qadına növbəti qurban kimi baxsa da, onların münasibətləri fərqli istiqamətdə inkişaf edib. Tanışlıqdan bir neçə həftə sonra qadın maliyyəçini "gözəl insan" adlandırıb və ondan hər hansı yardımı qəbul etməkdən imtina edib.

Buna baxmayaraq, Epşteyn imtinaları qəbul etməyərək Şulyak və onun rəfiqəsi üçün müzikllara biletlər, restoranlarda şam yeməkləri və helikopter gəzintilərinin xərclərini qarşılayıb. Daha sonra qadın onun Nyu-Meksikodakı rançosuna və Vircin adalarındakı şəxsi iqamətgahına da səfər edib.

NYT-nin məlumatına görə, 2019-cu ilin əvvəlində Şulyak və Epşteyn artıq bir cütlük kimi görünürdülər. Qadın vaxtının böyük hissəsini maliyyəçinin Nyu-Yorkdakı malikanəsində keçirirdi. Stomatoloji təhsil almasına rəğmən, qadın vaxtının çoxunu Epşteynin daşınmaz əmlakının və işçi heyətinin idarəçiliyinə kömək etməyə sərf edirdi.

2019-cu ildə onlar birlikdə Parisə yollanıblar. Epşteyn ABŞ-yə qayıtdıqdan sonra dərhal federal agentlər tərəfindən saxlanılıb. Həbsindən bir ay sonra o, Şulyakla telefonla danışaraq, ondan müvəqqəti olaraq başqa bir yaşayış yeri tapmasını və güclü olmasını xahiş edib. Növbəti günün səhəri maliyyəçi həbsxana kamerasında ölü tapılıb.

Ölümündən qısa müddət əvvəl Epşteyn vəsiyyətnaməsinə dəyişiklik edərək, 600 milyon dollarlıq sərvətinin böyük bir qismini, həmçinin brilyant üzüyü "nikah ərəfəsində" Şulyaka miras qoyub.

Xatırladaq ki, Epşteyn 2019-cu ildə yetkinlik yaşına çatmayanların ticarətində ittiham olunaraq həbs edilib və həmin ilin avqustunda həbsxanada həyatına son qoyub.//oxu.az

Son xəbərlər