Mojo.az Banner
19:03 Kolleclərin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI  |     17:06 İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN  |     16:54 Dünya təcrübəsi Azərbaycana gəlir – Bakı küçələri avtomobillərdən təmizlənəcək?  |     16:51 Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB  |     16:44 Kobaxidze: "Gürcüstan və Azərbaycan arasında heç bir gərginlik yoxdur"  |     16:28 Vüsal Şilderin qətli 10 000 manata icra olunub?  |     16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |     16:14 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ  |     16:13 Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı  |     15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     15:50 Azərbaycanda yeni turizm məhsulları yaradılır  |     15:33 Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA  |     15:31 Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...  |     15:28 Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ  |     15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Epşteynin qurbanlarına milyonlarla dollar ödəniləcək

20.02.2026 21:48 459
Epşteynin qurbanlarına milyonlarla dollar ödəniləcək
Qalmaqallı milyarder Ceffri Epşteynə qarşı zorakılıq iddiası ilə çıxış edən qadınlara 35 milyon dollara qədər ödəniş ediləcək.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Sənədlərə əsasən, qurbanların sayı 40-dan çox olarsa, ödəniş 35 milyon dollar, az olarsa, 25 milyon dollar təşkil edəcək. Bu qərar Epşteyn qurbanlarının bütün iddialarını tam həll etməyə yönəlib.

Ödəniş isə Epşteynin mirasından maliyyələşdiriləcək. Mirasın həmicraçıları olan Epşteynin şəxsi vəkili Darren İndayk və mühasibi Riçard Kan milyarderin cinayətləri ilə əlaqəli olmadıqlarını iddia edirlər. Onların vəkili vurğulayıb ki, qadınlardan heç biri İndaykı və ya Kanı cinsi zorakılıqda və ya digər cinayətlərə şahidlikdə ittiham etməyib.

Qeyd edək ki, daha əvvəl Epşteyn Qurbanlarına Kompensasiya Proqramı çərçivəsində iki dəfə ödəniş həyata keçirilib. Belə ki, 136 iddiaçıya 121 milyon dollar, 59 qurban üçün isə əlavə 48 milyon dollar ödənilib.

ABŞ Ədliyyə Departamentinin cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və 2019-cu ildə həbsxanada ölü tapılmış milyarder Ceffri Epşteynin vəsiyyətnaməsini ölümündən iki gün əvvəl imzalayıb. “1953-cü il Trastı” adlanan sənəd 630 milyon dollarlıq sərvətin 43 nəfər arasında bölüşdürülməsini nəzərdə tutur. Ötən ayın sonlarında Ədliyyə Departamenti “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.
//qafqainfoскачать dle 11.3
Mojo.az Banner